Siyəzəndə əməliyyat zamanı dörd nəfər saxlanılıb FOTO VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Siyəzəndə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov saxlanılıblar.
Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində "Man" markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
Baxış sayı:120
Bu xəbər 11 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















