Icma.az
close
up
RU
“Biz”siz bizlər... FELYETON

“Biz”siz bizlər... FELYETON

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Biz əvvəllər belə deyildik, görəsən nə oldu bizə? Bəlkə əvvəllər bizi bizləyənlər çox idi. Elə ki, onlar rəhmətə getdi, biz də artıq bizsiz davam etdik. Və gəlib bu günlərə çatdıq.

Biz nə edirik? Biz yolu işıqforda qırmızı, yaşıl, hansı yandı, dəxli yoxdur keçirik. Lakin əvvəllər dayanıb gözləyirdik ki, yaşıl işıq yansın.

Biz görürük ki, birazdan yaşıl işıq yanacaq, buna məhəl belə qoymuruq, maşını sürüb ağ zolağın-piyada keçid xəttinin üzərində saxlayırıq. İnsanlar maşınların arası ilə ilan kimi qıvrıla-qıvrıla keçməli olur.

Biz nə edirik? Səhər yuxudan beş-on dəqiqə tez qalxmaq əvəzinə, yatıb qalırıq, sonra da işə tələsdiyimiz üçün küçədə qaçır, yanımızdan ötənlərə necə bir təkan vururuqsa, az qalır kəlləsi asfaltın üstündə parça-parça olsun.

Sonra gəlirik metroya, eskalatorda necə qaçırıqsa, az qalır bu yazıq pilləkən relsindən çıxıb darmadağın olsun.

Bizim əvvəlki biz olmadığımızın sübutu bilirsiniz nədir? Biz sağ və sol tərəfimizi tanımırıq artıq. Baxmayaraq ki, metroda mikrofondan dayanıb-durmadan elan olunur ki, sağda dayanın, sol tərəfi keçid üçün boş saxlayın, lakin nə fayda. Bu sözləri gün ərzində min dəfə söyləyən o yazıq qızı heç bir dəfə də dinləyən yoxdur.

Əşi, bu sağ-sol məsələsi dəhşətdir ey... Metroda qatardan düşənlər elə bilir ki, platforma ta onlarındır. Elə yayılırlar bu dar çığıra ki, yanlarından bir iynə də o tərəfə keçə bilməz. Deyirəm ay sağ- sol məsələsi, görəsən sənə əməl edən olacaqmı?

Biz vallah-billah, biz deyilik artıq. Ay qardaş, ay bacı, biz bir-birimizdən Allahın salamını kəsmişik ey... Girirsən liftə, salam verirsən, camaat almır. Ya düşünürlər ki, əşi heç hənanın yeridir, ya da ölməz şair demişkən, axı salam nə yeməli, nə də içməlidir, niyə alsınlar, hələ bir ağızlarını ağrıdıb, cavab versinlər...

Əvvəllər insanların bir-birinə hörmət-sayğısı var idi. Yuxarı mərtəbələrdə yaşayanlar aşağıdakıları düşünürdü. Səs-küy salmamağa çalışırdı. İndi artıq belə deyil. Aşağıdakı insanları düşünmək nədir, kim nə bilir üstdə edir. Canı çıxsın qonşunun, dözür, dözsün, dözmür, köçsün.

Bir az sakit olsan, vallah adam var ki, çıxıb başında əyləşər. Məsələn, gedirsən süd almağa. Görsə ki, bir az yumşaq adamsan, nə utanacaq, nə də çəkinəcək. Gəlib keçib qarşında dayanacaq. Sanki səhərdən bəri gəlib ona burada növbə saxlamalı imişsən.

Vallah, gəl, bunları gör, yaşa görüm, əsəbləşmədən, sakit necə yaşaya bilirsən. Allah sənə rəhmət eləsin, Molla Nəsrəddin. Haradadır o iynən, bizin, gəl, onları da gətir, görünür, bəziləri onlarsız ötüşmür. İynəni, bizini işə sal ki, bizlər yenə əvvəlki bizlər ola bilək.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri