Icma.az
close
up
RU
“Kənardan gəlib onu evində öldürəndə, üstəlik, Ramazanda…” Sabir Rüstəmxanlıdan Xamenei AÇIQLAMASI

“Kənardan gəlib onu evində öldürəndə, üstəlik, Ramazanda…” Sabir Rüstəmxanlıdan Xamenei AÇIQLAMASI

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Moderator.az bildirir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin müsahibi Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlıdır. VHP sədrinin İran hadisələrindən danışdığı müsahibəni təqdim edirik:

- Sabir bəy, bu hadisələrdən sonra İranda şəriət sistemini saxlamaq mümkün olacaqmı?

 - İranda Xameneiyə yaxın olanların çoxu onunla bir yerdə həlak olub. Eyni zamanda, həm orduda, həm təhlükəsizlik sistemində yüksək rütbəli şəxslər öldürülüb. Xamenei sağlığında vəzifə bölgüsü aparmışdı, əsas səlahiyyətləri Əli Laricaniyə vermişdi. İranda prezidentin statusu dini liderdən aşağıdır və səlahiyyətləri azdır. Ona görə də hazırda əsas güc ordunun əlindədir. İndi İran guya müdafiə olunmaq istəyir, amma qonşu ölkələrə raket atır. Bunun da nə qədər davam edəcəyini söyləmək çətindir. Məncə, İranda xalqın iradəsinə söykənən demokratik qüvvələrin hakimiyyətə gələcəyi real görünmür. Şahın varisinin isə İrana qayıdışı onqat pisdir. Xüsusən də Azərbaycan türkləri onu qətiyyən istəmirlər. Bundan əlavə, “Xalq mücahidləri” var, hakimiyyətə gəlmək iddiasını ortaya qoyublar. Məryəm Rəcəvi onlara rəhbərlik edir. Onların Parisdə konfrasında bir dəfə iştirak etmişəm. Onlar da güclü müxalifətdir, amma xaricdə fəaliyyət göstərirlər, İranda dayaqlarının nə qədər olduğunu bilmirəm. Azərbaycanlıların isə daxildə konkret güclü təşkilatı yoxdur ki, ortaya iddia qoysunlar. Digər tərəfdən, hazırda Amerika ilə nə kimi danışıqların getdiyini dərindən bilmirik. Yəqin ki, İranda keçid dövrü olacaq və bu sistem bir müddət davam edəcək. Amma uzun müddət yaşaya bilməz.

 - Sistemin birdən dağılmaması amerikalıların yanlış hesablamasıdırmı? Çünki xalq Trampın çağırışına qoşulub rejimə üsyan etmədi, hətta Xameneinin ölümünə xeyli göz yaşı tökənlər var…

- Birləşmiş Ştatlar, onun müttəfiqləri və İsrail özü də deyirdi ki, İrana kənardan müdaxilə xalqı rejimlə birləşdirir. Orada din adı altında fars şovinizmi var. Amma ölkənin ümumi taleyi təhlükə altına düşəndə bütün vətəndaşlar rejim ətrafında birləşirlər. Ona görə də İran arzuolunan ssenarini həmişə pozur. İndi də belə oldu. Axı bu doğru yanaşma deyil. İstər diktatura, istər totalitar rejim olsun, sən kənardan gəlib onun öldürəndə, evinə hücum edəndə, üstəlik, Ramazan ayında bu hücumu həyata keçirəndə insanlarda mərhəmət duyğusunu oyadır. Bax, İranda belə bir proses gedir. Eyni zamanda, Qərbin açıq hədələri var ki, bütün müsəlman ölkələri bunu yaşayacaq, İsrail daha da genişlənəcək... Bu da təbii ki, xoş qarşılanmır, xalqda qıcıq yaradır. Çünki nə qədər öz hakimiyyətlərindən narazı olsalar da, bu düzgün siyasət deyil. Mən ABŞ Konqresində görüşlər olanda demişdim ki, sizin Orta Şərq projesi xalqın torpağını başqasına vermək niyyəti daşıyır. Bu da qəbul edilmir. Eyni zamanda, Suriya, İraq, Əfqanıstan siyasətiniz ABŞ-yə olan inamı azaldır. Bu da İran nümunəsində özünü göstərir.

 - Bu arada, Həmid Herisçi hadisələrdən əvvəl Təbrizdədir, AYB-də Güney Azərbaycan ədəbiyyatı komissiyasında sizin müavindir. Onunla danışa bilmisinizmi?

- Həmid Herisçi Cənubi Azərbaycan ədəbiyyat komissiyasında müavindir. Yəni məndən qabaq müavin idi. Bilirsiniz ki, Həmid bəy təbrizlidir, ata-baba yurdu üşün darıxırdı. Həm də orada ədəbiyyat mühiti ilə yaxından tanış olmaq istəyirdi. O niyyətlə getmişdi, həm də şəxsi istəyi idi. Deyirdi ki, öz nəslimizdən olan yazıçılarla görüşəcək. Amma hazırda qayıtması mümkün deyil. Bir-iki gün əvvəl yazışmışdıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri