“Sizdən o qoxu gəlir” Bir birini təriflədilər
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Lətifə Soyuöz aparıcı Afaq Gəncəliyə təşəkkür sözləri ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni ad günü mərasimində çıxış edərkən Afaq Gəncəli ilə bağlı xatirələrini bölüşüb.
O, aparıcının heç bir qarşılıq gözləmədən ona kömək təklif etdiyini bildirib: Elektronika məhsulları
“Afaqa xüsusi minnətdarlıq etmək istəyirəm. Verilişə başlayanda çox həyəcanlı idim. Afaq mənə mesaj göndərdi ki, əgər yardıma ehtiyacın olarsa, gəlib yanında olaram. Dedi ki, sənə kömək edəcəyəm. Maqazin dünyasının kraliçası mənə dəstək oldu. Hər zaman sevinirəm ki, Afaq Gəncəli kimi dostum var. Ona hər zaman müraciət etmişəm, təmənnasız yanımda olub. O qədər ürəyimdə ona arzularım var ki... Heç vaxt dəstəyini əsirgəmir”.
A.Gəncəli də müğənninin çıxışına biganə qalmayıb:
“O qədər əzizsiniz, daxili dünyanız zəngindir. Əsl xanımsınız. Lətifə nəyə əl atsa, bir imza olacaq. Sevərək yaradırsınız, insanları da sevərək seçirsiniz. Sizi aparıcı kimi görəndə dedim ki, bu xanım əla yerdədir. Sözünün kəsəri, gücü olan xanımdır. Qadın qadın kimi olmalıdır. Ondan qadın ətri gəlməlidir. Sizdən o qoxu gəlir”.
Baxış sayı:71
Bu xəbər 27 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















