Icma.az
close
up
RU
Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir.

Lent.az xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydın ifadə etməyin vacibliyindən yazıb.

Daim ünsiyyətdə olan, tez-tez görüşən və bir-birinə emosional yaxınlıq hiss edən insanlar üçün bu söhbət xüsusilə çətin ola bilər. Eyhamlar ilkin mərhələdə daha nəzakətli çıxış yolu təsiri bağışlasa da, qarşı tərəf onları anlamırsa və ya görməzdən gəlirsə, açıq danışmaq lazım gəlir.

Ünsiyyətə bir qədər məsafə verin

Mütəmadi görüşür və gün ərzində fasiləsiz yazışırsınızsa, ünsiyyətin intensivliyini bir qədər azaltmaq olar. Daha az görüşmək və hər mesaja dərhal cavab verməmək özünüzə şəxsi zaman ayırmağa kömək edə bilər.

Bu yanaşma xüsusilə çox yaxın olmadığınız və romantik marağın yenicə yarandığı münasibətlərdə müəyyən rol oynaya bilər. Lakin yaxın dostluqda təkcə məsafə saxlamaq qarşı tərəfin vəziyyəti anlaması üçün kifayət etməyə bilər.

Eyhamlar nəticə vermirsə, danışın

Dostluq sizin üçün dəyərlidirsə, səmimi söhbət daha uyğun çıxış yolu ola bilər. Söhbətə münasibətinizi qiymətləndirdiyinizi bildirməklə başlayın. Daha sonra sizi narahat edən məqamları və gələcəkdə bu münasibəti necə gördüyünüzü sakit şəkildə izah edin.

Qarşı tərəfi ittiham etmək əvəzinə, öz hisslərinizdən danışın. Dostluğu qorumaq istədiyinizi, lakin romantik münasibət düşünmədiyinizi aydın ifadə edin.

Həddindən artıq yumşaltmadan, birbaşa deyin

Qarşı tərəf verdiyiniz mesajları anlamaq istəmirsə, daha mürəkkəb eyhamlar axtarmağa ehtiyac yoxdur. Davranışınızla nə demək istədiyinizi təxmin etməsini gözləmək anlaşılmazlığı uzada bilər.

“Münasibətimizin yalnız dostluq çərçivəsində qalmasını istəyirəm” kimi birbaşa ifadə daha dürüst və anlaşılandır.

Söhbət zamanı hansı davranışların sizin üçün məqbul olduğunu da bildirin. Məqsəd qarşı tərəfi incitmək deyil, gözləntilərinizi və sərhədlərinizi aydınlaşdırmaqdır.

Qarşı tərəfin reaksiyasını idarə edə bilməzsiniz

Belə vəziyyətlərdə ən böyük qorxu açıq söhbətdən sonra dostluğun dəyişməsi və ya bitməsidir. Lakin digər insanın necə reaksiya verəcəyini müəyyənləşdirmək sizin əlinizdə deyil.

Siz mövqeyinizi dürüst və hörmətlə izah edə, dostluğa dəyər verdiyinizi göstərə bilərsiniz. Qarşı tərəf isə bu sərhədləri qəbul edib-etməmək barədə özü qərar verir.

Söhbətdən sonra bir müddət narahatlıq və ünsiyyətdə çətinlik yarana bilər. Bununla belə, aydın sərhədlər hər iki tərəfə dostluğun harada bitdiyini və qarşılıqsız romantik gözləntilərin harada başladığını anlamağa kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri