Sizə verilən o məsləhət başınıza bəla ola bilər Vəkil gizli məqamı açıqladı
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aptekə daxil olub həkim məsləhəti olmadan dərman alanların sayı az deyil. Çox vaxt vətəndaşlar vaxt itirməmək üçün birbaşa əczaçıya müraciət edir, ondan hansısa preparatın effektivliyini soruşurlar. Lakin bu sadə görünən addım bəzən geri dönülməz sağlamlıq problemlərinə və ciddi hüquqi mübahisələrə yol açır. Xüsusilə peşəkar tibbi təhsili və müalicə təyin etmək səlahiyyəti olmayan şəxsin tövsiyəsi ilə sağlamlığa zərər dəyərsə, qanun qarşısında kimin cavabdeh olacağı sual doğurur.
Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, burada məsuliyyət məsələsi mövcuddur:
"Yəni hər kəsin səlahiyyəti olmadığı halda başqasına məsləhət verməsi hüquqi baxımdan fərqli qiymətləndirilir. Lakin burada işin hallarına diqqət etmək lazımdır. Məsələn, həmin şəxs başa düşürdümü ki, qarşısındakı insanın bu sahədə səlahiyyəti yoxdur, yoxsa bunu bilmədənmi hərəkət edib?
Bəzi hallarda insanlar qonşudan, tanışdan və ya dostdan sadəcə məsləhət alırlar. Belə vəziyyətdə adətən məsuliyyət yaranmır, çünki məsləhət verənin mütəxəssis olmadığı hər iki tərəfə aydındır. Yəni vətəndaş bilir ki, bu rəy peşəkar rəy deyil və ona əsaslanmaq məcburi deyil".
Vəkil deyib ki, aptek kimi sahələr bir qədər daha həssasdır:
"Çünki aptek tibb sahəsinə aiddir və burada insanlar çox vaxt qarşılarındakı şəxsi səlahiyyətli və ya mütəxəssis kimi qəbul edə bilirlər. Bu halda vətəndaş düşünə bilər ki, verilən məsləhət peşəkar tövsiyədir və ona güvənərək hərəkət edə bilər. Məhz bu məqam məsuliyyət baxımından əsas fərqi yaradır",- deyə o qeyd edib.
Məlumdur ki, əczaçının vəzifəsi yalnız həkimin yazdığı resept üzrə dərmanı təqdim etmək və onun istifadə qaydasını izah etməkdir. Diaqnoz qoymaq və ya dərman seçimi etmək isə birbaşa həkimin səlahiyyətindədir. Bu sərhəd pozulduqda və vətəndaşa zərər dəydikdə, zərərçəkmiş şəxs məhkəmə qaydasında təzminat tələbi irəli sürə bilər.
Yəni, vətəndaşlar bilməlidir ki, aptek işçisi həkim deyil və onun verdiyi tövsiyələr yalnız məlumat xarakterlidir. Sağlamlıqla bağlı yaranan fəsadlara görə məsuliyyətdən qaçmaq üçün mütləq həkim müayinəsindən keçmək və yalnız rəsmi reseptlə dərman qəbul etmək lazımdır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nikahsız verilən qızıllar kimə məxsusdur? Vəkil açıqladı
13 Avqust 2026 17:00
Haqlı ola ola məhkəməni uduza bilərsiniz Vəkil gizli nüansları açıqladı
26 May 2026 18:04
Övladınız sizə qulaq asmır? psixoloqdan MƏSLƏHƏT
15 Noyabr 2024 16:20
İtiniz sizə göz qırpırsa, səbəbi bu ola bilər Alimlər açıqladı
05 Sentyabr 2026 11:56
Baxış sayı:160
Bu xəbər 07 May 2026 23:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları