Icma.az
close
up
RU
Övladınız sizə qulaq asmır? psixoloqdan MƏSLƏHƏT

Övladınız sizə qulaq asmır? psixoloqdan MƏSLƏHƏT

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Bu problemlə bağlı psixoloq-konsultant Məsumə Şahmərdanlı açıqlama verir.

Biz uşaqlarımızı tərbiyə etmək üçün cəzadan, fiziki tənbehdən istifadə edirik. Bəzən belə bir sual qarşıya çıxır: bunun onların psixologiyasına mənfi təsiri varmı?

Araşdırmalar göstərir ki, uşaqların tərbiyəsində fiziki tənbehlər yolverilməz sayılır. Lakin onların tərbiyəsində mükafat və cəza sistemini düzgün formada tətbiq etmək mümkündür.

Uşaqlara fiziki cəza verdikdə, yaxud təhqir etdikdə bu, onların psixologiyasına mənfi təsir edir. Eyni zamanda valideyn bu hərəkəti ilə övladına pis nümunə olur. Təhqir olunmuş və fiziki təzyiqə məruz qalan uşaq həmişə yalançı, qorxaq, özünəinamsız olaraq böyüyür. Valideyninin bu rəftarından mənfi model alan uşaq evdə bacı və qardaşı onu incitdikdə, məktəbdə dostları ilə sözü çəp gəldikdə onları təhqir edir və vurur.

Fiziki cəzaların başqa bir mənfi üzü cəzadan sonra uşaqda eyni əməlin dəfələrlə görülməsi olur. Yəni bir müddət sonra uşaq artıq fiziki tənbehdən qorxmur və öz bildiyini edir.

Cəza və mükafat necə olmalıdır?

Əslində hər bir ailədə o ailəyə uyğun qayda və qanunlar olur. Mükafat və cəza məsələsində də ailələr arasında müxtəlif növ fikir ayrılığı var. Bir ailə üçün uşağın hər hansı bir əməli adi, başqa bir ailə üçün qeyri-adi ola bilər. Əsas odur ki, ailədaxili qayda-qanunlar uşaqlara düzgün formada çatdırılsın və valideynlərin arasında ağız birliyi olsun. Həmçinin, cəzavermə üsulunda da ata-ananın fikir birliyinin olması çox vacibdir.

Cəza o zaman uşaq üçün faydalı ola bilər ki, düzgün formada və uyğun vaxtda olsun. Əks təqdirdə uşaqlarda ağır psixoloji təsirlərə yol açacaqdır.

Uşağa cəza verməzdən əvvəl mütləq xəbərdarlıq edilməlidir. Yəni əgər evdə əşyaları sındırarsa, ərköyünlük edərsə, uzun-uzadı ağlayarsa, o dəqiqə onu cəzalandırmaq olmaz. Ona "Əgər bu hərəkətini davam etdirsən, filan cəzayla cəzalanacaqsan", - demək lazımdır. Əgər xəbərdarlığa rəğmən, yenə də əməlini davam etdirərsə, onu cəzalandırmaq lazımdır.

Bir başqa diqqət ediləsi məsələ uşağın şəxsən özünü deyil, pis hərəkətini pisləməkdir. Misal üçün "sən çox pis qızsan" və yaxud "sən çox pis oğlansan ", "sənin əlindən bir iş gəlmir" demək əvəzinə sadəcə olaraq, "sənin bu rəftarın xoşuma gəlmədi" demək məqsədə uyğundur. Bir də ki, valideyn heç vaxt uşağın qorxduğu vasitələri onun üçün cəza kimi tətbiq etməməlidir. Məsələn, qaranlıqdan qorxan uşağı qaranlıq məkanda tək qoymaq və yaxud "xoxana deyəcəm, səni yesin!", - kimi sözlər onların psixologiyasına mənfi təsir edir. Çünki bu üsullarla cəzalanan uşaqlarda çox keçmədən dırnaqyemə, yuxu pozuntuları, yerini islatma kimi sıxıntılar üzə çıxır.

Uşaqları hansı üsullarla cəzalandırmaq olar?

Küsmək

Uşağını bu üsulla cəzalandıran valideyn ifratdan çəkinməlidir. Əgər övladınızdan küsürsünüzsə, küsülülüyü uzatmamalı və ona bunun müddətini mütləq deməlisiniz. Məsələn, "Mən səni bu işinə görə on beş dəqiqə danışdırmayacağam." Elə ki, həmin vaxt bitdi, daha uşaqla kin saxlamayın, onunla barışın. Verdiyiniz müddət bitdikdə isə onunla hansı rəftara görə danışmadığınızı mülayim bir səs tonuyla başa salın.

Düşünmə məkanı

Evin bir guşəsində uşaqlar üçün düşünmə məkanı yaradın. Cəzalandırılacaq uşaq bu məkana gətirilir. Burada oturma müddəti uşağın yaşından asılı ola bilər. Misal üçün, 5 yaşlı uşaq beş dəqiqə, 10 yaşlı uşaq on dəqiqə. Vaxt bitdikdən sonra isə ona burada nə üçün olduğunu mülayim səs tonu ilə başa salmaq və onu öpub, bağışladığınızı söyləmək lazımdır.

Məhrum etmək

Heç şübhəsiz ki, hər bir uşağın sevdiyi, özünəxas məşğuliyyəti vardır. Bəzi uşaqlar cizgi filmlərini, bəziləri parkı, qonaq getməyi çox sevir. Əgər uşaq sözə baxmırsa, sizin qoyduğunuz qadağaları görməzliyə vurursa, onu bu üsulla cəzalandırmaq olar. Bu vəziyyətdə də uşağı həddindən artıq nigaran saxlamaq, incitmək olmaz. Mütləq şəkildə cizgi filminə nə qədər müddətə baxa bilməyəcəyini, hansı hallarda parka gedə bilməyəcəyini izah etmək vacibdir.
Bu deyilən vasitələrin hər biri övladınıza fiziki cəza vermək və təhqir etməkdən yaxşıdır. Unutmamalıyıq ki, cəza uşağın səhv rəftarını islah etməsi üçün tətbiq edilməlidir. Belə ki, əgər valideyni kimsə əsəbləşdirirsə, bunun acısını nadinclik edən övladından çıxmamalıdır.

Uşaqlar necə mükafatlandırılmalıdır?

İndi isə bir az da mükafat haqqında danışmaq yerinə düşərdi. Bəzi vaxtlar valideynlər elə güman edirlər ki, mükafat dedikdə mütləq uşağa hər hansı bir qida, yaxud oyuncaq, hədiyyə almaq lazımdır. Halbuki, dediklərimizdən əlavə, dillə də uşağı mükafatlandırmaq mümkündür. Misal üçün "afərin", "səni çox istəyirəm", "sən mənim ağıllı, gözəl balamsan" kimi sözlərdən istifadə etmək çox faydalıdır. Çünki sözün təsiri daha güclüdür.

Uşağı gördüyü müsbət işlərə görə tərifləmək lazımdır. Bu, onda özünəinam hissini yüksəldəcək, etdiyi işləri daha həvəslə görməsinə səbəb olacaqdır. Lakin tərif zamanı həddi aşmamalı, qədərini bilmək lazımdır. Çünki çox və yersiz tərif onlara lovğalıq hissini aşılaya bilər.

Sonda isə bunu demək yerinə düşərdi ki, uşaqlarınızı cəzalandıran və yaxud mükafatlandıran vaxt hisslərinizi məsələyə qatmayın. Əgər başqa bir məsələyə hirslənmisinizsə və bu, sizin övladınızın sözə baxmaması ilə üst-üstə düşübsə, hisslərinizə söykənib ona ən ağır cəzanı verməyin. Yaxud da əgər kefiniz kökdürsə, övladınızın səhvlərini görməməzliyə vurmayın. Hətta bəzi valideynlər belə anlarda yersiz canfəşanlıq edir, övladına artıq xərclik verir, onların məntiqsiz istəklərini yerinə yetirirlər. Başqa bir gün uşaq eyni hərəkətin yenidən təkrarlanmasını istədikdə valideyninin müqaviməti ilə rastlaşır. Bu isə onları çaş-baş salır və inadkarlaşdırır.

Lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri