Icma.az
close
up
RU
Sizin iPhone nəzarət altındadır: Apple dən “görünməz” təhlükə ilə bağlı HƏYƏCAN TƏBİLİ

Sizin iPhone nəzarət altındadır: Apple dən “görünməz” təhlükə ilə bağlı HƏYƏCAN TƏBİLİ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Apple 1,8 milyard iPhone istifadəçisini “son dərəcə mürəkkəb hücum” barədə xəbərdar edib.

Apple bütün iPhone və iPad istifadəçilərini cihazlarını kritik təhlükədən qorumaq üçün dərhal ən son yeniləmələri quraşdırmağa çağırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya nəhəngləri Safari və iOS-dəki bütün brauzerlərin əsasını təşkil edən WebKit-də iki ciddi boşluğun  aşkar edildiyini bildiriblər. Şirkət bu boşluqları konkret şəxsləri hədəf alan “son dərəcə mürəkkəb hücumun” bir hissəsi kimi xarakterizə edib.

Detallar

Risk mənbəyi cihazınızı zərərli əmrləri icra etməyə aldada bilən zərərli veb-saytlardır. Bu isə hakerlərin iPhone və ya iPad üzərində nəzarəti ələ keçirməsinə və ya sizin icazəniz olmadan kod işlətməsinə imkan yarada bilər.

Avtomatik yeniləmələri aktiv olan istifadəçilərdə bu təhlükəsizlik yaması artıq quraşdırılmış olmalıdır, digərləri isə cihazlarının ayarları vasitəsilə iOS 26.2 və ya iPadOS 26.2-ni əl ilə yükləməlidirlər.

Ən yüksək risk altında olan cihazlara iPhone 11 və daha yeni modellər, iPad Pro 12,9 düym (3-cü nəsil və daha yeniləri), həmçinin iPad Pro 11 düym (1-ci nəsil və daha yeniləri) daxildir. Digər həssas modellər sırasında iPad Air (3-cü nəsil və daha yeniləri), iPad (8-ci nəsil və daha yeniləri) və iPad mini (5-ci nəsil və daha yeniləri) var.

Bu boşluqlar “sıfır gün” zəiflikləri kimi təsnif edilir. Yəni onlar proqram təminatı istehsalçılarına əvvəlcədən məlum olmayıb və yamaqlar buraxılana qədər hakerlər tərəfindən istifadə oluna bilərdi. Təhlükəsizlik qrupları, o cümlədən Apple və Google-un təhdidlərin analizi üzrə komandaları bu zəif nöqtələri aşkar edərək, onların potensial olaraq dağıdıcı kiberhücumlara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Apple eyni zamanda iOS 18.7.3 və iPadOS 18.7.3, macOS Tahoe 26.2, tvOS 26.2, watchOS 26.2, visionOS 26.2 və Safari 26.2 üçün də yeniləmələr buraxıb. “Azad edildikdən sonra istifadə” adlanan problemlərdən biri yaddaşın idarə olunması ilə bağlı idi və Apple bunu cihazın müvəqqəti məlumatlarla işləmə üsulunu təkmilləşdirərək həll edib.

Apple bu zəifliyi CVE-2025-43529 kimi qeyd edib. “Yaddaşın pozulması” kimi tanınan digər səhv isə daha sərt yoxlamaların tətbiqi ilə aradan qaldırılıb və CVE-2025-14174 kodu ilə işarələnib. Şirkətin mətbuat açıqlamasında deyilir: “Müştərilərimizi qorumaq məqsədilə Apple araşdırma tamamlanana və düzəlişlər və ya yeniləmələr yayımlanana qədər təhlükəsizlik problemlərini açıqlamır, müzakirə etmir və təsdiqləmir”.

Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, yeniləmələrin dərhal quraşdırılması həyati əhəmiyyət daşıyır, çünki “sıfır gün” hücumları çox vaxt köhnəlmiş proqram təminatı olan istifadəçiləri qəfil yaxalamağa hesablanır.

Bütün Apple cihazlarınızda avtomatik yeniləmələri aktiv edin ki, düzəlişlər yayımlanan kimi tətbiq olunsun. Beləliklə, elanları qaçırsanız belə, cihazınız qorunmuş qalacaq və əlavə addımlar atmağa ehtiyac olmayacaq.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri