Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Icma.az, Qol.az saytına istinadən bildirir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, 48 yaşlı mütəxəssis müqaviləsinin uzadılması ilə bağlı konkret fikir bildirməsə də, sözlərindən komanda ilə fəaliyyətini davam etdirmək niyyətində olduğu anlaşılır.
Argentina millisi yaxın vaxtlarda 3 yoldaşlıq oyunu keçirəcək. Komanda, həmçinin uzun illərdir yığmanın əsas simalarından olan Lionel Messinin milli komandadakı vida mərasiminə hazırlaşır.
Skaloni qarşıdakı görüşlərdə gənc futbolçulara daha çox şans vermək və onların komandanın oyun üslubuna uyğunlaşmasına kömək etmək istədiklərini bildirib:
“Yaxşı oyun göstərməyə çalışacağıq, amma əsas məsələ bu deyil. Bir çox futbolçu həqiqətən milliyə çağırılmağa layiq idi. Yaxın oyunlarda niyyətimiz gənc futbolçulara oyun üslubumuza uyğunlaşmaq imkanı verməkdir. İndi Argentina millisi üçün vacib və həyəcanverici dövr başlayır”.
Lionel Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda Amerika Kubokunu və 2022-ci il dünya çempionatını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 21 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















