Skoliozla mübarizədə 5 vacib addım
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Skolioz onurğanın “C” və ya “S” şəkilli yana əyriliyi ilə xarakterizə olunan vəziyyətdir.
Pravda.az bildirir ki, ən çox uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır. Bu əyrilik fiziki ağrılara, duruş pozğunluğuna və bəzən tənəffüs problemlərinə səbəb ola bilər.
Skoliozun simptomları və diaqnozu
Bədənin bir tərəfində çiyin və ya bel fərqliliyi, qabırğa çıxıntısı və ya asimmetriya müşahidə edilirsə, skoliozdan şübhələnmək olar. Diaqnoz adətən həkim müayinəsi və rentgen çəkilişi ilə qoyulur.
Müalicə üsulları fərqlidir:
Yüngül hallarda: Duruş təlimi və fərdi idman proqramları
Orta və ağır hallarda: Fizioterapiya və ya cərrahi müdaxilə
Cərrahlıq: Düzləşdirici metal çubuqlar və vintlər istifadə oluna bilər
Skoliozla mübarizədə tövsiyə olunan addımlar:
Mütəmadi idman – xüsusilə bel və qarın əzələlərini gücləndirən hərəkətlər
Duruş təlimi – düzgün bədən mövqeyini qoruma öyrədilir
Fizioterapevt dəstəyi – fərdi ehtiyaclara uyğun proqram
Dartınma məşqləri – ağrını azaltmaq və hərəkətliliyi artırmaq üçün yoga və pilates
5. Təhlükəli hallarda cərrahi müdaxilə
Xəbərdarlıq: Skoliozla effektiv mübarizə üçün düzgün diaqnoz və müntəzəm müalicə həyati əhəmiyyət daşıyır. Idman proqramına başlamazdan öncə həkim məsləhəti almaq vacibdir.
Əminə Bayramova

