Icma.az
close
up
RU
Skuter qəzalarının qarşısını necə almaq olar? EKSPERT AÇIQLADI

Skuter qəzalarının qarşısını necə almaq olar? EKSPERT AÇIQLADI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Son zamanlarda xüsusilə paytaxt Bakıda skuterdən istifadə edənlərin sayı getdikcə artır. Lakin bu maraq öz bərabərində qəzaların da çoxalmasına səbəb olur. Maraqlıdır, görəsən, bu cür qəzaların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, skuterlərin şəhər həyatında geniş şəkildə istifadə olunması həm müsbət, həm də mənfi təsirlər doğurur:

"Onların ekologiyaya dost olması, nəqliyyatın yüklənməsinin qarşısını alması və rahat hərəkət imkanı yaratması bu nəqliyyat vasitələrinin üstünlüklərindəndir. Lakin bununla yanaşı, skuterlərin düzgün istifadə olunmaması cəmiyyətdə narahatlığa səbəb olur ki, bu da əsasən onların idarəetmə qaydalarına riayət edilməməsi ilə bağlıdır. Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə — parklar, piyada səkiləri, alış-veriş mərkəzlərinin ətrafı kimi yerlərdə skuterlərlə sürətlə hərəkət etmək təhlükəli və məsuliyyətsiz davranışdır. Bu tip yerlərdə sükunət və təhlükəsizlik vacib olduğundan, səssiz və sürətli hərəkət edən skuterlər qəfil ortaya çıxdıqda, piyadalar üçün ciddi risk yarada bilər. Bu həm yaşlı insanlar, həm də uşaqlar üçün daha da təhlükəlidir.

Problemin əsas səbəblərindən biri də skuterdən istifadə edən şəxslərin bir çoxunun nəqliyyat vasitəsini oyuncaq kimi görməsi, yol hərəkəti qaydalarını nəzərə almamasıdır. Halbuki skuterlər də digər nəqliyyat vasitələri kimi məsuliyyət tələb edir. İstifadəçilər sürətə nəzarət etməli, təhlükəsizlik qaydalarına riayət etməli, digər yol hərəkəti iştirakçılarını da nəzərə almalıdırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri