Icma.az
close
up
RU
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır Eldəniz Cəfərov

Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır Eldəniz Cəfərov

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Hər kəs qaydalara əməl etsə, yol-nəqliyyat hadisələrinin sayı azalar, tələfat da az olar

Skuterlərin, motosikletlərin iştirakı ilə yol-nəqliyyat qəzaları getdikcə artır. DİN Baş Dövlət Yol Polisi İdarəsi, nəqliyyat məsələləri üzrə mütəxəssislər hər nə qədər xəbərdarlıq etsələr də, maarifləndirmə aparsalar da skuter, motosiklet sürənlər sanki eşitmir, qulaqlarını tıxayırlar faydalı məsləhətlərə.

Günün birində də qəza törədib canlarını, sağlamlıqlarını itirirlər. Bu günlərdə həm skuter, həmdə motosikletlə  yol-nəqliyyat hadisələri baş verib. Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu barədə məlumatında bildirilir ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozub, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşüb. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, ikinci dəfə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurub. Həm də sürücünün skuterə mindirdiyi sərnişinlə birlikdə. Hadisə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. 

Sabunçu rayonunda isə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi motosikletin iştirakı ilə törədilib. 36 yaşlı Emin Yavər oğlu Əsgərovun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosikletçi və sərnişini olan anası, 68 yaşlı Xuraman Əminağa qızı Əsgərova həlak olublar. Skuter sürən birini tərkinə alır, 36 yaşlı oğul anasını motosikletə mindirir. Nə vacibdir axı?!. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, dəfələrlə deyilməsinə, tövsiyə, xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaşlar yol-hərəkıti qaydalarını öyrənmir, əməl etirlər, nəticədə bu cür faciəli hallar yaşanır: 

- Kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da yol-hərəkəti qaydalarını bilməli, svetoforun siqnallarının tələblərinə əməl etməlidirlər. Skuterlə sərnişin daşımaq olmaz. Qadağandır. Skuter bur nəfər üçün nəzərdə tutulub, o da onu idarə edəndir. Kiçik, elektrikli nəqliyyat vasitələrinə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır. Skuterlər səki ilə hərəkət etməməli, piyadalara təhlükə yaratmamalıdır. Motorlu nəqliyyat vasitələri də hərəkət iştirakçılarıdır və bütün digər hərəkət iştirakçılarına şamil edilən qaydalar onlar da şamil edilir. Skuter və ya motosikletin ayrıca hər hansı üstünlüyü yoxdur, hərəkət zamanı. Motosikletlərlə bağlı da qaydalar, tələblər var. Əgər motosiklet bir nəfər üçün nəzərdə tutulubsa, sərnişin daşımaq olmaz. İki nəfərlik motosikletlərdə isə həm sürücü, həm də sərnişin mütləq kaska taxmalıdır. Hər kəs qaydalara əməl etsə, yol-nəqliyyat hadisələrinin sayı azalar, tələfat da az olar. Məsuliyyətli olmağı öyrənsinlər, nə özlərini, nə də başqalarının həyatını təhlükəyə atmasınlar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri