Icma.az
close
up
RU
Skuterlərin istifadəsində təhlükəsizlik necə qorunmalıdır? Yeni yanaşmalar

Skuterlərin istifadəsində təhlükəsizlik necə qorunmalıdır? Yeni yanaşmalar

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrik skuterlər şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilməkdə davam edir. Rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi populyarlığı artan skuterlərlə bağlı Bolt tərəfindən yeni təhlükəsizlik tədbirləri həyata keçirilir. Skuterlərin istifadəyə verildiyi ilk gündən bu günə qədər skuterlərlə edilən səfərlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Əvvəllər əsasən uşaqlar üçün nəzərdə tutulmuş adi, elektrik olmayan skuterlər park və həyətlərdə istifadə olunurdu. Lakin bu gün elektrik skuterlər şəhər yollarında aktiv hərəkət iştirakçısına çevrilib. İstənilən nəqliyyat vasitəsində olduğu kimi, elektrik skuterlərdən istifadə zamanı da təhlükəsizlik qaydalarına riayət olunması vacibdir. Bolt, istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə həm texnoloji yeniliklər tətbiq edir, həm də maarifləndirici təşəbbüslərlə çıxış edir. Mobil tətbiq vasitəsilə skuter icarəyə götürən istifadəçilər, səfərə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə tanış olur və yeni istifadəçilər üçün 15 km/saat sürət limiti tətbiq edilir. “Təhlükəsizlik bizim üçün əsas prioritetdir. Sürüş zamanı məsuliyyətli davranışın təşviqi, texnoloji nəzarət sistemləri və istifadəçilərin maarifləndirilməsi Bolt-un əsas hədəflərindəndir. Məqsədimiz daha təhlükəsiz və nizamlı şəhər mühiti yaratmaqdır,” – deyə, Bolt-un Mikromobillik bölməsinin Cənubi Qafqaz regionu üzrə Meneceri Elnur Hacılı bildirib. Təhlükəsizlik üçün əsas funksiyalar Ümumilikdə, skuterin modelindən asılı olaraq bəzi texniki fərqliliklər olsa da, Bakıda istifadə olunan Bolt skuterlərində təhlükəsizliyi təmin edən əsas funksiyalar aşağıdakılardır: Ehtiyatsız sürmə üzrə qiymətləndirmə sistemi Bolt tətbiqində aktiv olan "Reckless Riding Score" funksiyası sürüş zamanı aşağıdakı təhlükəli davranışları avtomatik olaraq analiz edir:  İki nəfərin eyni skuterdə hərəkət etməsi  Qəfil əyləcləmə və sürüşmə  Yol hərəkəti zolaqlarında qaydaların pozulması  Qanunsuz parklanma Bu davranışlar hər səfərin sonunda qiymətləndirilir və istifadəçinin ümumi sürmə vərdişləri hər beş səfərdən bir təhlil olunur. Digər aktiv təhlükəsizlik funksiyaları Sürüşmə əleyhinə əyləc sistemi – Arxa təkər bloklandıqda sürücünü xəbərdar edir və sürüşmənin qarşısını alır. Sürətə nəzarət – Sıx və riskli zonalarda sürət avtomatik şəkildə məhdudlaşdırılır. Push bildirişləri – Tətbiq vasitəsilə sürücüyə real vaxtda təhlükəli davranış barədə xəbərdarlıq göndərilir. Səsli göstərişlər və ətraf səslər – Skuterdə yerləşdirilmiş dinamiklər marşrut və təhlükəsizliklə bağlı məlumatları səsli şəkildə çatdırır. Geofencing (Coğrafi sərhədlər) – Park üçün uyğun olmayan və ya yavaş hərəkət tələb olunan zonalarda hərəkət sistem tərəfindən avtomatik tənzimlənir. Bu funksiyalar sayəsində Bolt skuterləri həm təhlükəsiz, həm də istifadəçi dostu nəqliyyat vasitəsi kimi təqdim olunur. Şirkət gələcəkdə də şəhər nəqliyyatında təhlükəsizliyi artırmaq üçün texnoloji və maarifləndirici təşəbbüsləri davam etdirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri