Slovakiya hökuməti 350 ayının güllələnməsinə icazə verib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Slovakiya hökuməti son illər sayları çoxalan qonur ayıların bu il hücumlarının artması fonunda 350 ayının güllələnməsinə icazə verib. SİA xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib.
Bu mərkəzi Avropa ölkəsinin bir çox dağlıq rayonlarında hesablamalara görə 1000-3000 ayı yaşayır.
Yerli media bildirib ki, ötən həftə Slovakiyanın mərkəzi Detva şəhəri yaxınlığında ayı 59 yaşlı kişini öldürüb. Bu, son illərdə baş vermiş silsilə hücum hallarından sonuncusudur.
“Biz insanların meşəyə getməyə qorxacağı və ayılara yem olacağı bir ölkədə yaşaya bilmərik”, - deyı Fitso mətbuat konfransında bəyan edib.
Ətraf Mühitin Mühafizəsi Nazirliyi bəyan edib ki, bu məsələnin həllində Rumıniyanın təcrübəsi nümunə kimi götürüləcək. Belə ki, bu ölkə ötən il ayıların ovlanmasına qoyulan kvotaları artıraraq, icazə verilən ov sayını 481-ə yüksəldib.
Ötən il Slovakiya sakinləri 144 ayı ovlayıb. Hökumət ötən il ölkədə 13 ayı hücumunun qeydə alındığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Aprel 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















