Icma.az
close
up
RU
Slovakiya ilə Azərbaycanın tarixən dost və strateji tərəfdaşlıq əlaqələri var

Slovakiya ilə Azərbaycanın tarixən dost və strateji tərəfdaşlıq əlaqələri var

Icma.az, 525.az saytına istinadən bildirir.

"Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyaya səfəri zamanı verdiyi bəyanatlar, iki ölkə arasındakı strateji tərəfdaşlıq və əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev səfər çərçivəsində iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi, energetika, müdafiə sənayesi və nəqliyyat sahələrindəki gələcək perspektivlərə dair mühüm açıqlamalar vermişdir.  Prezident İlham Əliyev, Slovakiya ilə Azərbaycanın tarixən dost və strateji tərəfdaş olduğunu vurğulamışdır. Keçən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, bu əlaqələrin daha da gücləndirilməsi üçün əhəmiyyətli bir addım olmuşdur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində fəal inkişaf edir. Azərbaycan, ilk dəfə olaraq, Slovakiyaya qaz tədarük etməyə başlamışdır və bu sahədə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi planlaşdırılır".

Bu barədə 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki, Azərbaycanın təbii qaz yataqları, artıq 14 ölkəyə ixrac edilir və bu, Azərbaycanın enerji təchizatçısı kimi beynəlxalq mövqeyini daha da gücləndirir. Bu sahədə Slovakiyaya da böyük dəstək verilməsi, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi baxımından vacibdir. Bu ilin sonuna qədər qaz ixracının həcmi artırılaraq Avropanın daha çox ölkəsi Azərbaycan qazından faydalana biləcək. Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi istiqamətində konkret addımlar atıldığını da qeyd edib. Bu əməkdaşlıq müharibə aparmaq məqsədi güdmür, əksinə, texnoloji inkişaf və yeni məhsulların istehsalı sahəsində sinerji yaradılmasına yönəlib. Bu, yalnız iqtisadi baxımdan deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində əhəmiyyətlidir:

"Azərbaycanın, Şərq ilə Qərb arasında körpü rolu oynadığını və ölkə daxilindəki infrastruktur layihələrinə etdiyi yatırımların, beynəlxalq nəqliyyat əlaqələrini daha da gücləndirəcəyini vurğulayan Prezident İlham Əliyev, bu sahədə Slovakiya ilə əməkdaşlığın böyük potensiala sahib olduğunu bildirib. Avropa ilə Orta Asiya arasında ən etibarlı və təhlükəsiz marşrut olan Orta Dəhliz, artıq Azərbaycanın ərazisindən keçir və bu, gələcəkdə daha da inkişaf etdiriləcək. Azərbaycanın enerji potensialı və informasiya texnologiyaları sahəsindəki uğurları, beynəlxalq səviyyədə böyük maraq doğurur. Cənab Prezident xüsusilə süni intellekt və data mərkəzlərinin inkişafı ilə bağlı Slovakiya şirkətləri ilə əməkdaşlıq etmək fikrində olduqlarını bildirib. Azərbaycanın böyük enerji potensialı, bu sahədə daha çox inkişaf etməyə imkan verir. Bununla yanaşı, ölkənin soyuq bölgələrindəki iqlim şəraiti də data mərkəzlərinin fəaliyyəti üçün əlverişli şərait yaradır. Ümumilikdə,  Prezident İlham Əliyevin Slovakiya səfəri, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi istiqamətində əhəmiyyətli bir mərhələdir. Bu səfər, yalnız iqtisadi sahədə deyil, həm də beynəlxalq münasibətlərdə strateji tərəfdaşlıq qurulmasında mühüm bir addımdır. Biz, Azərbaycanın müstəqil xarici siyasətinin və beynəlxalq arenadakı güclü mövqeyinin davamlı inkişafını dəstəkləyirik və Slovakiya ilə əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə inanıram".

.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri