Icma.az
close
up
RU
Slovakiyadan Bakıya strateji baxış: Zəfərin beşinci ili və yeni tərəfdaşlıq

Slovakiyadan Bakıya strateji baxış: Zəfərin beşinci ili və yeni tərəfdaşlıq

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü ikitərəfli münasibətlərdə yeni əməkdaşlıq istiqamətlərinə yol açan əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Slovakiya rəsmisi görüş zamanı Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik etmiş və Bakıda keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü ifadə etmişdir. Bu görüş, xüsusilə müdafiə, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində dialoqun daha da güclənməsinə xidmət edir.

Beşinci ildönümü ilə bağlı keçiriləcək hərbi paradın həm Azərbaycanın hərbi gücünün nümayişi, həm də beynəlxalq tərəfdaşlarla əlaqələrin möhkəmlənməsi baxımından hansı rolu var?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayır ki, Slovakiyan neytral mövqe tutmağa çalışır, Rusiyanı qıcıqlandırmamaq və ona qarşı addımlardan yayınmaq üçün diqqətli davranır:

“Slovakiya müdafiə nazirinin Azərbaycana səfəri rəsmi şəkildə parad iştirakına bağlı olsa da, hər halda qapalı qapılar arxasında müvafiq qurumlar arasında məsləhətləşmələrin aparılması da gözlənilir. Nəzərə almaq lazımdır ki, Slovakiya Avropanın şərqində yerləşir və elə bir geosiyasi mövqedədir ki, sabah şərq-qərb qarşıdurması baş verərsə, ən azından Avropa–Rusiya qarşıdurması yaşanarsa və ya NATO ilə Rusiya arasında müəyyən toqquşma müşahidə olunarsa, potensial poligonlardan və meydanlardan biri məhz Slovakiya ola bilər.

Bu səbəbdən Slovakiyanın xarici siyasətini izlədikdə, ölkənin belə risklərdən qorunmaq və onları minimuma endirmək üçün atdığı addımları açıq şəkildə görmək mümkündür. Hər nə qədər Avropa ölkəsi olsa da, Slovakiyan neytral mövqe tutmağa çalışır, Rusiyanı qıcıqlandırmamaq və ona qarşı addımlardan yayınmaq üçün diqqətli davranır. Lakin bu siyasətin nə dərəcədə uğurlu olduğu sual doğurur və zaman-zaman təhlükəli nəticələrlə üzləşmək də mümkündür.

Eyni zamanda, Slovakiya enerji baxımından Rusiyadan ciddi asılıdır. Bu amil də onun Rusiya siyasətində digər Avropa dövlətləri qədər sərbəst davranmasının qarşısını alır. Bu nöqtədə Slovakiyanın istər hərbi, istər siyasi-iqtisadi sahədə Azərbaycanı bir növ rol model kimi görməsi mümkündür. Çünki Azərbaycan artıq bir neçə onillikdir balanslaşdırılmış siyasətdən çıxış edir və bu siyasət bir çox sahələrdə uğurlu nəticələr verib.”

Politoloqun sözlərunə görə Slovakiya üçün maraqlı ola biləcək əsas məsələlərdən biri də Azərbaycanın hərbi sahədə əlaqələri necə davam etdirdiyi və genişləndirdiyidir:

“Bundan əlavə, istər fərqli dövlətlərlə mümkün münaqişə risklərinə, istər daxili çaxnaşma təhlükələrinə, istərsə də müxtəlif hərbi təxribatlara qarşı Azərbaycanın təcrübəsi Slovakiyanın diqqət mərkəzində ola bilər. Qarabağ zəfəri müasir hərb tarixində bir sıra yeniliklərlə yadda qalıb və bu yenilikləri öyrənməyin ən optimal yolu məhz həmin təcrübəni formalaşdırmış tərəflə bilavasitə əməkdaşlıqdır.

Azərbaycan isə Slovakiya ilə əməkdaşlıqdan müəyyən üstünlüklər qazana bilər. Hər nə qədər Slovakiya Qərbi Avropa dövlətləri ilə müqayisədə bəzi göstəricilərdə geri qalsa da, ölkə kifayət qədər hərbi və texnoloji inkişaf səviyyəsinə malikdir. Onun müasir texnologiyalara və hərb elminə çıxış imkanları var. Bu baxımdan qarşılıqlı bilgi və təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər.

Səfərin digər mühüm konteksti isə hərbi paradlarla bağlıdır. Hərbi paradların keçirilməsi dost və ya rəqib dövlətlərə bir ölkənin nəyə qadir olduğunu göstərmək məqsədi daşıyır. Vətən müharibəsindən sonra Bakıda keçirilən parad və antiterror əməliyyatlarından sonra Xankəndində təşkil edilən parad Azərbaycanın hərbi gücünün nümayişi baxımından əhəmiyyətli idi və bu gücü həm dost, həm də düşmən tərəflər gördü.

Üzərindən iki il keçmişkən, bu dəfə keçirilən hərbi parad Azərbaycanın müdafiə sənayesindəki inkişafı, hərbi gücün hər gün modernləşdirildiyini göstərir. Azərbaycan tərəfi yeniliklərini nümayiş etdirmək və Cənubi Qafqazda ondan başqa ciddi hərbi gücün olmadığını bir daha xatırlatmaq niyyətini ifadə edir. Bu isə ölkənin beynəlxalq mövqelərinə xüsusi üstünlüklər qazandıra bilər. Çünki bu gün qlobal siyasətdə bir çox problemlərin hüquq, sənəd və haqlarla deyil, güclə həll edildiyi bir reallıq formalaşıb.

Qətərə edilən zərbələr zamanı həmin ölkənin dövlət başçısının da dediyi kimi, “Rusiya işğalçıdır, amma ona heç kim demir. Biz təcavüzə məruz qalmışıq, suveren haqlarımız pozulub, amma bizim səsimizi dinləyən yoxdur”. Bu fikirlər mövcud beynəlxalq sistemin real vəziyyətini ortaya qoyan amillərdən biridir. Azərbaycan da bu reallığı nəzərə alaraq öz gücünü nümayiş etdirməklə beynəlxalq siyasi mövqelərini daha da möhkəmləndirməyə çalışır.

Cənubi Qafqazla bağlı böyük dövlətlərin siyasi addımlar planlaşdırarkən güc faktorunu nəzərə alacağı şübhəsizdir. Parad isə bu reallığı bir daha təsdiq edir: Cənubi Qafqazda əsas hərbi-siyasi güc Azərbaycandır və bölgə ilə bağlı istənilən qərarın bu ölkə olmadan verilməsi mümkün deyil.”

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri