Icma.az
close
up
RU
Slutskinin imkanı olsa, finalı izləməyə gələcək Berezutski

Slutskinin imkanı olsa, finalı izləməyə gələcək Berezutski

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün bütün uşaqları finala yüksəldiyimiz üçün təbrik edir, onlara "əhsən" deyirəm.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis iki oyunun nəticəsində finala vəsiqəni haqq etdiklərini bildirib: "İlk yarı qarşılıqlı hücumlar şəraitində keçdi. İkinci hissədə qələbəyə yaxın tərəf biz idik. Meydanda dominantlıq edirdik, çoxlu qol fürsətimiz var idi. Önəmlisi, finaldayıq. İki oyunu təhlil etdikdə də qalibiyyətə yaxın tərəf yenə bizik. Bu gün xarakter göstərdik və layiqli olaraq, finala yüksəldik".

Berezutski konsentrasiya ilə bağlı problemlərinin olduğunu etiraf edib: "Bu mövsüm ölkə kubokunda elə oyunlarımız olmuşdu ki, qol imkanlarından yararlana bilməmişdik. Bu problemi bilir və üzərində işləyirik. Ümidvaram ki, həll edə biləcəyik. Amma bu, elə də asan deyil. Ustalıq, konsentrasiya və yorğunluq fonunda qol fürsətlərindən yararlana bilmirik".

O, "Qarabağ"la final oyunu barədə fikirlərini bölüşüb:

"Bizim bir addımımız qalıb. Bu, finaldır, nüfuzlu və titullu oyunudur. Buna görə də əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq. "Qarabağ"la Premyer Liqanın qarşıdakı turunda da üz-üzə gələcəyik. 4 gündən sonrakı qarşılaşmada rotasiyalar edəcəyik. Çünki 4 gündənbir üçüncü oyunumuzu keçirəcəyik. Finalda isə hər şey ola bilər. Bu səbəbdən, döyüşəcəyik".

Berezutski Premyer Liqadakı qalan 5 tur oyunlarından finala hazırlıq məqsədilə yararlanacaqlarını söyləyib:

"Hər oyunda qələbə üçün oynamalı olduğumuzu unutmamalıyıq".

43 yaşlı mütəxəssis hazırda Çinin "Şanxay Şenxua" komandasına rəhbərlik edən və daha əvvəl birlikdə çalışdıqları həmyerlisi Leonid Slutskini final oyununa dəvət etməyə hazır olduğunu açıqlayıb:

"Slutskini məmnuniyyətlə dəvət edərdim. Amma Çindəki oyun qrafikinin bura ilə üst-üstə düşüb-düşmədiyini bilmirəm. Əminəm ki, imkanı olsa, gələcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Aprel 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri