Icma.az
close
up
RU
Smartfondan həddindən artıq istifadə gözlənilməz təhlükə YARADIR

Smartfondan həddindən artıq istifadə gözlənilməz təhlükə YARADIR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Smartfondan həddindən artıq istifadə edən insanların sosial təcridi beyin səviyyəsində daha ağrılı yaşadığı məlum olub. Bu qənaətə Almaniyalı alimlər gəlib.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Computers in Human Behavior" elmi jurnalında dərc olunub.

Son illərdə smartfonlardan həddindən artıq istifadə getdikcə davranış asılılığının bir forması kimi qiymətləndirilir. Lakin indiyədək aparılan tədqiqatların əksəriyyəti əsasən mükafat mexanizmlərinə və idrak nəzarətinə fokuslanıb, mobil texnologiyaların sosial xarakteri isə kifayət qədər nəzərə alınmayıb. Halbuki smartfonlar sosial əlaqələrin qorunmasında əsas vasitə rolunu oynayır və sosial təcrid qorxusu kompulsiv istifadənin formalaşmasında mühüm amil ola bilər.

Heydelberq Universiteti Xəstəxanasından Robert Kristian Volfun rəhbərlik etdiyi tədqiqat qrupu müxtəlif dərəcədə smartfona bağlılığı olan insanların beyninin sosial rədd edilməyə necə reaksiya verdiyini araşdırıb. Tədqiqatda 18–30 yaş aralığında, nevroloji və psixi pozuntusu olmayan 41 nəfər iştirak edib. Sorğu nəticələrinə əsasən iştirakçılar smartfondan həddindən artıq istifadə edənlər və nəzarət qrupuna bölünüb.

Funksional MRT müayinəsi zamanı iştirakçılar sosial daxilolma və xaricolmanı simulyasiya edən Cyberball adlı virtual oyunu oynayıblar. Oyunun “rədd edilmə” mərhələsində virtual tərəfdaşlar iştirakçıya top ötürməyi dayandıraraq onun görməzdən gəlinməsi hissini yaradıblar.

Skan nəticələri göstərib ki, smartfondan həddindən artıq istifadə edən şəxslərdə sosial təcrid zamanı beynin sağ yarımkürəsində yerləşən orta singulat korteksdə sosial-emosional ağrı ilə əlaqəli sahədə aktivlik əhəmiyyətli dərəcədə artır. Eyni zamanda, yuxarı alın payında da aktivliyin yüksəldiyi müşahidə olunub. Nəzarət qrupunda isə əsasən diqqət və sensor emalla bağlı olan təpə payı aktivləşib, emosional distreslə əlaqəli sahələr isə daha az iştirak edib.

Alimlər bu fərqləri sosial rədd edilməyə qarşı artmış həssaslığın göstəricisi kimi dəyərləndirirlər. Onların fikrincə, sosial təcridi daha ağrılı yaşayan insanlar üçün smartfon “qoruyucu alətə” çevrilə bilər, yəni daim əlaqədə qalmaq və mənfi emosiyalardan qaçmaq vasitəsi kimi istifadə oluna bilər.

Əlavə sorğular da göstərib ki, smartfondan həddindən artıq istifadə edən iştirakçılar “imkanları qaçırmaq qorxusu”nu (FOMO) daha tez-tez yaşayırlar. Bu göstərici birbaşa beyin aktivliyi ilə əlaqəli olmasa da, alimlərin qənaətinə görə, daimi rəqəmsal əlaqə ehtiyacını gücləndirə bilər.

Tədqiqatın nəticələri göstərir ki, smartfondan həddindən artıq istifadə təkcə həzz axtarışı ilə deyil, həm də sosial-emosional diskomfortla mübarizə cəhdi ilə bağlı ola bilər. Mütəxəssislər hesab edirlər ki, emosional və sosial həssaslığın nəzərə alınması rəqəmsal asılılığın qarşısının alınması və korreksiyası üçün daha effektiv strategiyaların hazırlanmasına kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri