Icma.az
close
up
RU
Həddindən artıq zülal qəbulu bu problemləri YARADIR

Həddindən artıq zülal qəbulu bu problemləri YARADIR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həddindən artıq zülal qəbulu su-duz balansının pozulmasına, böyrəklərin yüklənməsinə və həzm sistemi ilə bağlı ciddi problemlərə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bunu nutrisioloq Yuliya Orlova lenta.ru-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, zülal məsələsində “çox demək yaxşı demək deyil”.

“Zülalın həddindən artıq qəbulu - yəni bədən çəkisinin hər kiloqramına 2,5–3 qramdan çox - əlavə fayda vermir və bir sıra problemlər yarada bilər. Məsələn, böyrəklərin yüklənməsi: artıq azot sidiklə xaric olunur və bu da ifrazat orqanlarına əlavə yük salır”, - deyə o qeyd edib.

Orlovanın sözlərinə görə, zülalın normadan çox istifadəsinin başqa bir təhlükəsi su-duz balansının pozulmasıdır. O izah edib ki, zülalın parçalanması zamanı yaranan karbamidin xaric edilməsi üçün çox su tələb olunur. Bu səbəbdən zülal yönümlü pəhriz saxlayanlara daim bol su içmək, mədə turşuluğuna və öd axınına nəzarət etmək tövsiyə olunur.

Ekspert həmçinin bildirib ki, pəhrizin zülal hesabına balanssızlaşması digər qida maddələrinin - lif, vitaminlər və mürəkkəb karbohidratların çatışmazlığına gətirib çıxara bilər. Bu isə, xüsusilə kifayət qədər su və lif olmadıqda, həzm problemləri - köp, qəbizlik, qaz kimi şikayətlər yarada bilər. Bundan əlavə, yağlı ət məhsullarının çox qəbul edilməsi xolesterinin yüksəlməsi ilə də əlaqələndirilir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri