Icma.az
close
up
RU
Smartfonunuzun haker hücumuna məruz qaldığına dair iki ƏLAMƏT

Smartfonunuzun haker hücumuna məruz qaldığına dair iki ƏLAMƏT

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Smartfonlardan asılılıq artdıqca onların təhlükəsizliyi də önə çıxır. Kontaktlar, bank məlumatları, şəxsi şəkillər və mühüm yazışmalar, bütün bu məlumatlar tək bir cihazda saxlanılır. Bu səbəbdən smartfonun hücuma məruz qalması və ya zərərli proqramlara yoluxması daha real təhlükəyə çevrilib. Mütəxəssislərin sözlərinə görə, bu gün hakerlər və fırıldaqçılar daha peşəkar metodlardan istifadə edirlər, lakin telefona kənar müdaxilə olunduğunu dərhal hiss etmək mümkündür.

Lent.az xarici mediaya istinadla bu sahədə iki əsas əlamət barədə xəbər verir.

1. Batareyanın sürətli boşalması

İstifadəçilər çox zaman batareyanın tez boşalmasını cihazın köhnəlməsi ilə əlaqələndirirlər. Lakin bu hal telefonun zərərli proqramla yoluxduğunu da göstərə bilər. Cihaza gizli şəkildə quraşdırılan tətbiqlər arxa fonda işləyərək resursları sərf edir, məkan izlənməsi və ya məlumat ötürülməsi kimi əməliyyatlar aparır. Bu isə enerji sərfiyyatını artırır və telefonun isinməsi ilə müşayiət oluna bilər.

2. Naməlum tətbiqlərin peyda olması

Əgər əsas ekranda özünüz quraşdırmadığınız yeni tətbiqlər görürsünüzsə, bu ciddi xəbərdarlıq siqnalıdır. Hakerlər məlumat oğurluğu və izləmə üçün saxta və ya gizlədilmiş proqramlar quraşdıra bilərlər. Bu cür tətbiqlər çox vaxt adi oyun və ya sistem aləti kimi təqdim olunur.

Mütəxəssislər belə hallarda problemi görməzdən gəlməməyi tövsiyə edir. Bu zaman şübhəli tətbiqləri silin, parolları dəyişin və mümkün risklərin qarşısını almaq üçün rəsmi servis mərkəzinə müraciət edin. Eyni zamanda, proqram təminatını mütəmadi yeniləmək cihazın təhlükəsizliyini qorumaqda əsas addımlardan biri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri