Icma.az
close
up
RU
Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 dekabr, Günel Alıyeva, Tofiq Babayev, AZƏRTAC

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçin Azərbaycanın media nümayəndələri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlikdə baş tutan görüşdə tədbirin Belarus tərəfi üçün əhəmiyyəti vurğulanıb və il ərzində görülən işlərə, aktual hadisələrin işıqlandırılmasına və peşəkar analitik materialların hazırlanmasına görə jurnalistlərə təşəkkür edilib. D. Pineviç iyirmiyə yaxın media qurumunun nümayəndələrinin iştirak etdiyi kollektiv görüşün informasiya-müzakirə platforması kimi dəyərləndirildiyini və Belarus–Azərbaycan münasibətlərinin daha da təkmilləşdirilməsinə yönəldiyini qeyd edib.

O bildirib ki, səfirlik ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə informasiya mübadiləsini davam etdirəcək. Səfirin sözlərinə görə, bu əməkdaşlığın inkişafına rəhbərlər və sahibkarlar, müxtəlif dövrlərdə Belarus diplomatları və diplomatik missiyanın indiki kollektivi öz töhfəsini verib.

2025-ci ilin yekunlarına toxunan D. Pineviç ikitərəfli əməkdaşlığın əsas müsbət istiqamətlərini diqqətə çatdırıb. Xüsusilə Belarus və Azərbaycan arasında siyasi qarşılıqlı fəaliyyətin intensivliyinin artdığını, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin dəyişməz qaldığını vurğulayıb.

“Yola salınan il qlobal beynəlxalq gündəmdə artan turbulentlik və parçalanmaya baxmayaraq, münasibətlərdə strateji tərəfdaşlığın möhkəmlənməsi ilə səciyyələnib. Hər iki ölkənin prezidentləri müdrik rəhbərlikləri ilə konstruktiv qarşılıqlı fəaliyyət nümunəsi nümayiş etdirirlər. Onların siyasi portfelində 12 ikitərəfli səfər və beynəlxalq platformalarda dəfələrlə görüşlər yer alır”, – deyə diplomat əlavə edib.

Onun sözlərinə görə, cari ildə Belarusun Baş naziri Aleksandr Turçinin və Parlamentin Respublika Şurasının sədri Natalya Koçanovanın, eləcə də onun müavininin Azərbaycana səfərləri uğurla həyata keçirilib. Bu səfərlər Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak məqsədi daşıyıb.

“Səfirlik bu mövzu ilə bağlı Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının konfransında da fəal iştirak edib. Beynəlxalq platformalarda Belarusun dəstəklənməsinə görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk və hər zaman qarşılıqlı şəkildə cavab veririk. Azərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almasına dəstək verib, Belarus isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Azərbaycanın sədrliyinin uzadılmasını və UNESCO-nun orqanlarına keçirilən seçkilərdə ölkənizi dəstəkləyib”, – deyə D. Pineviç vurğulayıb.

İqtisadi-ticari əməkdaşlıqdan danışan səfir sənaye kooperasiyası təcrübəsinin genişləndirildiyini qeyd edib: “Oktyabr ayında Bakıda Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İlk dəfə olaraq iclas iki gün davam edib və Qarabağa səfəri də əhatə edib. Orada, həmçinin birgə layihələrimiz həyata keçirilir”.

Sənaye kooperasiyasının inkişafına toxunan səfir qeyd edib ki, Gəncə Avtomobil Zavodunun bazasında sistemli iş davam etdirilir və yarandığı vaxtdan bu günədək orada 14 min Belarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər texnikaların yığımı da həyata keçirilir. Bundan əlavə, “Vertus” şirkətinin Belarus–Azərbaycan birgə istehsalı olan 279 lift buraxılıb. Onun sözlərinə görə, müxtəlif mərhələlərdə icra olunan digər layihələrə də start verilir.

Səfir Azərbaycanda əczaçılıq sənayesinin yüksək inkişaf tempinə də diqqət çəkib: “Mən, cənab Prezidentin də açılışında iştirak etdiyi əczaçılıq zavodlarını görmüşəm. Mütəxəssis kimi qeyd etməliyəm ki, istifadəyə verilmiş müəssisələrin səviyyəsi çox yüksəkdir və bu, yeni dərman vasitələrinin istehsalı üçün böyük potensial yaradır”.

Humanitar əməkdaşlıqdan danışan diplomat bildirib ki, ötən il ərzində birdəfəlik aksiyalardan daimi qarşılıqlı fəaliyyətə keçid edilib. Onun sözlərinə görə, iki ölkənin ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlər üzrə 70-dən çox əməkdaşlıq sazişi mövcuddur. Səfir əlavə edib ki, tərəfdaşlığın inkişafı fonunda ikili — Azərbaycan və Belarus diplomlarının verilməsi ilə birgə təhsil proqramlarının yaradılması imkanı nəzərdən keçirilir.

“Belarus tərəfindən Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsi məsələləri üzrə məsləhət dəstəyi göstərilib. Bu, Prezident İlham Əliyevin 2030-cu ilədək 21 yeni peşə məktəbinin istifadəyə verilməsi barədə qərarı fonunda xüsusi aktuallıq kəsb edir”, – deyə səfir vurğulayıb.

D. Pineviç hazırda səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması istiqamətində iş aparıldığını da qeyd edib. Aktual sahələr kimi transplantologiya, onkologiya və ortopediya qeyd olunub. Bildirilib ki, ümumilikdə səhiyyə sistemi ikitərəfli fəal əməkdaşlıq üçün qarşılıqlı maraq doğurur.

Turizm mövzusuna da toxunan diplomat vurğulayıb ki, 2026-cı ildən etibarən Belarusda bu sahədə birbaşa hökumətə tabe olan yeni dövlət qurumu — Milli Turizm Agentliyi fəaliyyətə başlayacaq.

“Tibbi turizm və tarixi əhəmiyyətli məkanlara turist səfərləri sahələri də daxil olmaqla, bir-birimizi tamamlayacaq bir çox sektorlarımız var”, – deyə o əlavə edib.

Səfir tarixi yaddaşın qorunması mövzusuu da xüsusi qeyd edərək bildirib ki, 2025-ci il Belarus üçün mühüm əhəmiyyət daşıyır.

“Bu il ilk növbədə Böyük Vətən müharibəsində ümumi Qələbəmizin 80 illiyi ilə bağlıdır. Azərbaycan nümayəndələri Minskdə keçirilən tədbirlərdə iştirak ediblər. Yubiley münasibətilə iki fundamental kitab nəşr olunub və onların müəllifləri bu görüşə qatılıblar. Akademik Ziyad Səmədzadə media nümayəndələrinə “Bakı nefti. Faşizm üzərində Qələbənin açarı” adlı əsərini təqdim edib”, – deyə diplomat bildirib.

O, həmçinin Belarus torpaqlarının alman-faşist işğalçılarından azad edilməsində iştirak etmiş azərbaycanlı qəhrəmanların xatirəsinin ölkədə böyük ehtiramla yad edildiyini vurğulayıb.

Görüş zamanı səfir daha bir unikal nəşri — Belarusun 20 il ərzində yenilənmiş Milli Atlasını da təqdim edib. Belarus dövlətinin vizit kartı sayılan bu fundamental elmi-məlumat xarakterli kartoqrafik nəşr 20 fəsildən, 700-dən çox xəritədən, eləcə də zəngin illüstrativ və mətn materiallarından ibarətdir.

-1 / 3

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri