SOCAR Braziliya ilə danışıqlar aparır Neft şirkəti Latın Amerika ölkələrilə maraqlanır
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOCAR) Braziliya bazarında mümkün investisiyalarla bağlı danışıqlar aparır.
Bakupost.az Braziliya mətbuatına istinadən xəbər verir ki, SOCAR təxminən 80 milyard ABŞ dolları portfelini genişləndirmək və coğrafi diversifikasiyanı artırmaq məqsədilə Braziliya maliyyə sektorunun nümayəndələri ilə təxminən altı ay əvvəl danışıqlara başlayıb. Bu danışıqlar bu gün (20 yanvar) İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda yenidən gündəmə gəlib.
Braziliya mətbuatı investisiya strategiya çərçivəsində SOCAR Braziliyanı Latın Amerikasına giriş qapısı kimi gördüyünü vurğulayıb.
Bu addım, qlobal miqyasda investorların riskləri yaymaq və müxtəlif bazarlara çıxış imkanlarını genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Beynəlxalq maliyyə mütəxəssisləri qeyd edirlər ki, ABŞ və Avropa bazarlarında qeyri-sabitlik fonunda belə addımlar, fondların portfellərini regional və sektorlar arasında daha balanslı şəkildə yerləşdirməsinə imkan yaradır.
SOCAR-ın maliyyə resurslarını araşdıran media yazı ki, şirkətin cari investisiya paylanmasına baxıldıqda, portfelin əsas hissəsi Avropa (29,1%) və Şimali Amerika (24,8%) bazarlarında yerləşir. Asiya, Yaxın Şərq və Okeaniya nisbəti daha aşağıdır, Latın Amerika isə cəmi 0,1% paya malikdir. Bu, Braziliyada investisiya imkanlarının potensial genişliyini ortaya qoyur.
Danışıqlarla bağlı Braziliya mediasına danışan mənbənin sözlərinə görə, hələ ki, fondun Braziliyaya hansı ölçüdə və hansı sahələrdə yatırım edəcəyi açıqlanmayıb, həmçinin nəzərdə tutulan məbləğ barədə rəsmi detallı məlumat yoxdur. Danışıqların yaxın aylarda davam edəcəyi gözlənilir, bu da SOCAR-ın Latın Amerikada mövqeyini gücləndirmək strategiyasının davamı hesab edilir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Slovakiya şirkəti SOCARla danışıqlar aparır
29 Dekabr 2024 09:16
Braziliya Latın Amerikasında önəmli ticarət tərəfdaşımızdır
05 Sentyabr 2025 11:03
Ançelotti Braziliya millisində gələcəyi ilə bağlı danışıqlar aparır
16 Dekabr 2025 09:45
Türkiyə Bill Qeytsin şirkəti ilə danışıqlar aparır
10 Dekabr 2025 20:08
Rusiya Braziliya, Malayziya və Pakistanla danışıqlar aparır
23 Dekabr 2024 08:08
Baxış sayı:86
Bu xəbər 20 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















