Icma.az
close
up
RU
SOCAR ın Odessadakı məntəqəsi niyə hədəfə alındı? AÇIQLAMA

SOCAR ın Odessadakı məntəqəsi niyə hədəfə alındı? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, avqustun 18-nə keçən gecə Rusiya Silahli Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Bəs bunun arxasında hansı siyasi motivlər dayanır?

Siyasi şərhçi Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya hazırda Azərbaycan dövlətinin dostları sırasına qətiyyən daxil deyil:

“Rusiya hazırda Azərbaycan dövlətinin dostları sırasına qətiyyən daxil deyil. Çünki Rusiyanın Azərbaycana münasibəti düşmənçilik xarakteri daşıyır və Rusiya Azərbaycanla qarşıdurma modeli əsasında münasibətlər qurmaqda davam edir. Kremlin davranışları Azərbaycan-Rusiya münasibətlərinin ciddi şəkildə pozulmasına yol açır. Azərbaycanın sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasından sonra baş verən proseslər bütövlükdə Rusiyanın Azərbaycana qarşı aqressiv siyasətini göstərir. Son vaxtlar Ukraynadakı SOCAR obyektlərinə endirilən zərbələr də onu göstərir ki, Rusiya Azərbaycanı təhdid etmək və geri çəkilməyə məcbur etmək niyyətindədir. Halbuki rəsmi Bakı qətiyyətli və prinsipial mövqeyi ilə Azərbaycanın geri çəkilməyəcəyini nümayiş etdirir”.

Politoloq bildirib ki, Azərbaycanın uğurlu enerji siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyduğunu Kreml də yaxşı anlayır:

“Azərbaycan Ukraynaya, Suriyaya və Yaxın Şərq ölkələrinə enerji resursları satmağa başlayıb ki, bu da Kreml üçün ciddi narahatlıq doğurur. Rusiyada hesab edirlər ki, yalnız Rusiya enerji resurslarını dünya bazarlarına çıxarmalıdır, Azərbaycan və Orta Asiya dövlətlərinin bunu etməsi yolverilməzdir. Halbuki bütün dövlətlərin dünya bazarlarına çıxmaq hüququ mövcuddur və bunun Rusiyaya heç bir aidiyyəti yoxdur. Məhz bu səbəbdən Rusiya Azərbaycanın enerji obyektlərini hədəf alır. Ukraynadakı SOCAR yanacaqdoldurma stansiyasının vurulması da Azərbaycana qarşı yönəlmiş aqressiv davranışdır”.

Elçin Xalidbəyli qeyd edib ki, istənilən halda Rusiyanın bütün bu məkirli planları heç bir nəticə verməyəcək:

“Rəsmi Bakı hər zaman olduğu kimi qətiyyətli mövqeyini nümayiş etdirərək Kremlə bildirir ki, Azərbaycan öz maraqlarından geri çəkilməyəcək. Azərbaycanın maraqları hansı bazarlara çıxmağı və hansı dövlətlərlə iqtisadi-ticari münasibətlər qurmağı tələb edirsə, Azərbaycan bunu edəcək və bunun üçün Rusiyanın mövqeyini nəzərə almağa qətiyyən ehtiyac duymayacaq. Yəni bütün bunlar sadəcə Azərbaycana qarşı təzyiq kampaniyasıdır və bu kampaniyanın uzun müddət davam etməyəcəyi aydındır. Kreml bir yerdə dayanmağa məcbur olacaq”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri