SOCAR ın prezidenti bp nin icraçı vitse prezidenti ilə görüşüb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Martın 2-də SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, “upstream” layihələri, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) və NAG (Sərbəst Qaz), “Şahdəniz kompressiya”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) və “Şəfəq-Asiman” layihələri üzrə görülən işlər müzakirə olunub. Tərəflər üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanlarını nəzərdən keçiriblər.
Söhbət zamanı “midstream” və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 02 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















