Icma.az
close
up
RU
SOCEA ya sədrlik Azərbaycana keçdi

SOCEA ya sədrlik Azərbaycana keçdi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qazaxıstanın Almatı şəhərində Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının (SOCEA) Baş Assambleyası keçirilib. Xatırladaq ki, bu mühüm beynəlxalq forum Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya xidmət təminatçılarını bir araya gətirərək uçuşların təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin hazırlanmasına xidmət edir.

Baş assambleyada ölkəmizi AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edib. AZANS hökumətlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.

Almatı toplantısında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru SOCEA-nın prezidenti seçilib. Bununla da, təşkilatın sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb. Bu addım ölkəmizin Avrasiya miqyasında təhlükəsiz, qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasını bir daha təsdiqləyir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri