Soda kanalizasiya borusunu açırmı? Santexniklər izah edir
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Kanalizasiya borusu tutulanda bir çox insan ilk olaraq soda və sirkədən istifadə etməyə çalışır. Bəs bu üsul həqiqətən effektlidirmi?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə vantuzdan (mətbəx və vanna otağı çanaqlarındakı (moykalardakı) tıxacları vakum yaratmaqla təmizləmək üçün istifadə olunan rezin başlıqlı alətistifadə etməyin daha məqsədəuyğun olduğunu hesab edirlər.
Santexniklər bildirirlər ki, soda ilə tıxanmanı aradan qaldırmaq üsulunun effektivliyi təxminən 50 faizdir. Soda və sirkə yalnız yüngül tıxanmalar zamanı müəyyən nəticə verə bilər. Saç topaları və ya yağ yığıntıları kimi ciddi tıxanmaları açmaq üçün yaranan bu kimyəvi reaksiya kifayət etmir.
Soda ilə kanalizasiya borusunu aşağıdakı qaydada tətbiq etmək tövsiyə edilir:
• Kanalizasiya dəliyinə 1 stəkan soda tökün.
• Ardınca 1 stəkan sirkə əlavə edin.
• Qarışığın köpükləndiyini və xışıltı səsi çıxardığını görəcəksiniz.
• Qarışığı ən azı 30 dəqiqə boruda saxlayın.
• Daha sonra borunu qaynar olmayan isti su ilə yuyun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 İyul 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















