Icma.az
close
up
RU
Santexniklər bu sadə üsulları bilməyinizi istəmir

Santexniklər bu sadə üsulları bilməyinizi istəmir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mətbəxdə qəfil yığılan su və kanalizasiya qoxusu çox vaxt borularda yaranan tutulmanın ilk əlaməti olur. Bahalı kimyəvi vasitələrə və ya usta çağırmağa tələsmədən əvvəl, evdə olan sadə vasitələrlə problemi aradan qaldırmaq mümkündür.
Yağ qalıqları, qəhvə çöküntüsü və yemək artıqları zamanla su borularında toplanaraq suyun axınını zəiflədir. Bu isə həm xoşagəlməz qoxuya, həm də çanaqda suyun yığılmasına səbəb olur.
Buz kubları ilə borulardakı çöküntüləri təmizləmək mümkündür. Bunun üçün çanağın axar hissəsinə kifayət qədər buz kubu tökülür, ardından isti su son həddə qədər açılır. Ani temperatur fərqi boruların daxilində güclü hərəkət yaradır və divarlara yapışan qalıqların qoparaq axmasına kömək edir.
Mətbəxdə istifadə olunan maye qab yuma vasitəsi də yağ qatının əriməsində təsirli hesab olunur. Qaynar suyun içinə 2 xörək qaşığı maye qab yuma vasitəsi əlavə edilərək qarışdırılır. Hazırlanan qarışıq yavaş şəkildə axar hissəyə tökülür. Bu üsul borularda donmuş yağ və kir qatının yumşalmasına yardım edir.
Tam təbii üsullara üstünlük verənlər üçün karbonat və sirkə qarışığı da effektiv variant sayılır. Axar hissəyə 1 stəkan karbonat töküldükdən sonra üzərinə 1 stəkan sirkə əlavə olunur. Qarışıq köpürməyə başladıqdan sonra 15 dəqiqə gözlənilir və ardınca qaynar su tökülür. Bu üsul həm tutulmanı açmağa, həm də pis qoxunu azaltmağa kömək edir.
Çanaq tam tutulmayıbsa, lakin su gec axırsa, duz və qaynar su üsulu da tətbiq oluna bilər. Yarım stəkan qaya duzu axar hissəyə tökülür, ardınca isə qaynar su əlavə edilir. İsti su ilə duzun təsiri borulardakı üzvi qalıqların parçalanmasını sürətləndirir.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 04:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri