“Soft Computing” jurnalı azərbaycanlı alimin elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiyasına daxil olmuş son 3 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatı təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir. Jurnalın təsir əmsalı 3.1-ə bərabərdir.
“Soft Computing” jurnalı “Scopus”, “Google Scholar”, “DBLP”, “INSPEC”, “EBSCO”, “Science Citation Index Expanded”, “EI Compendex” kimi nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















