Türkiyəli nazir müavini COP29 çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 sentyabr, AZƏRTAC
Türkiyənin sənaye və texnologiya nazirinin müavini Məhəmməd Kasım Gönüllü COP29 çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, o, COP29 çərçivəsində təşkil olunan Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanın çox səmərəli keçdiyini deyib. Nazir müavini COP29-un təşkilatçılığını çox bəyəndiyini də vurğulayıb.
Məhəmməd Kasım Gönüllü, Türkiyənin karbonsuzlaşma platforması üzərində işlədiyini bildirib və bu platformanın Türkiyənin yaşıl və davamlı inkişaf məqsədlərinə çatmasına böyük töhfə verəcəyini əlavə edib.
Türkiyə ilə Azərbaycan arasındakı yaşıl rəqəmsallıq sahəsində yüksək səviyyəli əməkdaşlıqdan da söz açan M.Gönüllü, iki ölkə arasında bu sahədə mövcud əlaqələrin daha da dərinləşdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 16 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















