Icma.az
close
up
RU
Kontradmiral Bruasdal Qunştayn AzərbaycanNATO əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib AZƏRTAC

Kontradmiral Bruasdal Qunştayn AzərbaycanNATO əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib AZƏRTAC

Brüssel, 19 dekabr, AZƏRTAC

Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə Komandanlığın Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Qunştayn arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə kontr-admiral Bruasdal Qunştayn dekabrın 3-5-də Bakıda keçirilmiş “NATO Günləri 2024”-də iştirakı ilə əlaqədar ölkəmizə səfərinin nəticələrindən danışıb, həmçinin bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb.

Qarşı tərəf Azərbaycan-NATO əlaqələrinin cari vəziyyəti, Azərbaycan Ordusunda aparılan islahatları, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri