Şokoladlı banan keksini necə asanlıqla hazırlamaq olar? RESEPT
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Məşhur britaniyalı aşpaz Meri Berri hazırlamaq istəyəcəyiniz asan şokoladlı banan keksinin reseptini paylaşıb.
News24.az xəbər verir ki, bu axşam üçün sadə və rahatlaşdırıcı bir şirniyyatdır.
Hazırlanması:
yetişmiş banan - 100 q;
süd – 1 xörək qaşığı;
kərə yağı - 50 q;
un - 75 q;
şəkər tozu - 75 q;
soda - 0,5;
qabartma tozu - 0,5;
yumurta - 1 ədəd;
tünd şokolad fişləri - 50 q;
tünd şokolad - 50 q.
Sobanı 140C/160C- yə qədər qızdırın. Bişirəcəyiniz qabı yağlayın. Bananı çəngəl ilə əzin və şokoladdan başqa qalan bütün ləvazimatları əlavə edin,
Xəmiri hamarlanana qədər çırpın. Hazırladığınız qarışımı tavaya əlavə edib yaxşı- yaxşı qaşıqlayın ki, üstü düzəlsin. 40-45 dəqiqə bişirin. Banan çörəyi qızılı qəhvəyi olmalıdır və qabın kənarlarından çəkilməlidir. Bişdikdən sonra 10 dəqiqə soyumağa buraxın. Əlavə bəzək üçün şokoladı kiçik parçalara ayırın və əridin. Ərinmiş şokoladı torbaya töküb, keksin yuxarı hissəsindən ziqzaq şəklində çəkin.
Baxış sayı:106
Bu xəbər 01 Dekabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















