Icma.az
close
up
RU
Unsuz şokoladlı keks necə hazırlamaq olar?

Unsuz şokoladlı keks necə hazırlamaq olar?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Mətbəxdə klassik keks anlayışını dəyişən, unsuz hazırlanan bu resept həm qlütensiz qidalananlar, həm də intensiv şokolad dadı sevənlər üçün ideal seçimdir. Yumşaq daxili quruluşu və cəmi bir neçə inqrediyentlə hazır olması bu keksə xüsusi maraq yaradır.
Lazım olan məhsullar:
220 qram tünd (bitter) şokolad
180 qram kərə yağı
4 ədəd yumurta
120 qram şəkər tozu
60 qram pudra şəkəri
Bir çimdik duz
Hazırlanma qaydası
Əvvəlcə sobanı 170 dərəcəyə qədər isidin. Keksi bişirəcəyiniz qabı yaxşıca yağlayın. Doğranmış şokoladı və kərə yağını buxar vannasında (benmari) əridib soyuması üçün kənara qoyun.
Yumurta sarılarını şəkər tozu ilə rəngi ağarana və krem halına gələnə qədər çalın. Ayrı bir qabda yumurta ağlarını bir çimdik duzla köpüklənənə qədər, sonra isə pudra şəkərini əlavə edərək bərkiyənə qədər çırpın.
Ilıq hala gəlmiş şokoladlı qarışığı yavaş-yavaş yumurta sarılarına qatın. Hazırladığınız yumurta ağlarını qarışığın sönməməsi üçün spatula vasitəsilə aşağıdan yuxarıya doğru ehtiyatla əlavə edin. Sonda bir az vanil qataraq bircinsli kütlə alınana qədər qarışdırın.
Hazır olan xəmiri qaba tökərək üzərini düzəldin və təxminən 45–50 dəqiqə bişirin. Keks otaq temperaturunda soyuduqdan sonra üzərinə pudra şəkəri səpərək süfrəyə verə bilərsiniz.
Qeyd edək ki, yumurtaların otaq temperaturunda olması və şokoladın çox isti halda qarışığa əlavə edilməməsi vacibdir. Keksin daxili hissəsinin nəm və yumşaq qalması üçün soba müddətinə diqqət yetirməlisiniz. Dadın daha yaxşı oturması üçün keksi qabdan çıxarmazdan əvvəl bir müddət gözləmək, hətta soyuducuda dincəltmək tövsiyə olunur.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri