Icma.az
close
up
RU
Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? AÇIQLAMA

Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? AÇIQLAMA

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın bir çox rayonlarında – Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahıda köhnə yaşayış binalarının söküntüsü nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bu proses həm əhaliyə veriləcək kompensasiyanın həcmi, həm də ümumi mənzil bazarının qiymət dinamikası baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs, əhaliyə ödəniləcək kompensasiya necə hesablanmalıdır?

Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev BAKU.WS-ə bildirib ki, söküntülər zamanı ilk diqqət edilən əhaliyə veriləcək kompensasiyanın miqdarıdır. Bu sahədə əksər tikinti şirkətləri ərazi üzrə real bazar qiymətini deyil, özlərinin öncədən müəyyənləşdiridiyi qiymətləri diqtə etməyə çalışırlar:

"Sözsüz ki, bu da haqlı narazılıq yaradır. Belə ki, misal üçün "Kubinka"da, Təbriz küçəsində, "Sovetski"də 40 kv-lıq evi olan vətəndaşa kvdaratı 2000 manatdan kompensasiya təklif edilir. Pis-yaxşı bu adam şəhərin mərkəzində yaşayır. Amma bu ərazidə tikilən binada mənzilin kvadratmetr qiyməti 2500-3800 arasında dəyişir. Yəni vətəndaşın ona hesablanmış kompensasiya ilə həmin ərazidə ev alması qeyri-mümkündür.

Həmin verilən kompensasiya onu ödəmir, həm də kvadrat uyğun gəlmir. Yeni binalarda mənzillər 70-80 kvadratdan başlayır. Bu ölçüdə mənzil üçün isə minimal 170-180 min manat lazımdır. Qısası, normal mənzil almaq üçün kompensasiya real bazar dəyərlərinə uyğun hesablanmalıdır. Hazırda Bakı üzrə orta kv.m qiymətləri təxminən belədir:

Mərkəzi rayonlar (Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai) – 2500–3800 AZN/kv.m

Orta mərkəz zonası (Binəqədi, Nizami) – 1800–2300 AZN/kv.m

Kənar və yarımkənar rayonlar (Sabunçu, Suraxanı, Pirallahı) – 1100–1500 AZN/kv.m

Məsələn, 60 kv.m-lik bir mənzilin dəyəri mərkəzdə 150–250 min AZN, orta zonada 110–140 min AZN, kənarda isə 65–90 min AZN arasında dəyişir. Üstəlik, köçmə, sənədləşmə və ilkin təmir üçün ən azı 20–30% əlavə xərc nəzərə alınmalıdır. Bu səbəbdən, vətəndaşın real şəkildə "normal ev" əldə etməsi üçün kompensasiya mənzilin faktiki bazar qiyməti + əlavə köçmə və təmir xərcləri qədər müəyyənləşdirilməlidir".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:633
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri