Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Sökülən evlərlə bağlı kompensasiya məsələsində sosial amillər də nəzərə alınmalıdır
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat konfransında Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.
Sökülən evlərlə bağlı kompensasiya yalnız əmlakın bazar dəyəri əsasında müəyyən edilməməlidir. Bu prosesdə insanların üzləşdiyi sosial və maddi itkilər də qiymətləndirilməlidir.
O bildirib ki, yaşayış yerini dəyişən şəxslər üçün əlavə çətinliklər yarana bilər. Məsələn, həmin ərazidə işləyən insanlar köçdükdən sonra iş yerlərinə uzaq məsafədən getməli, nəqliyyat xərcləri artmalı və ya yeni ərazidə iş imkanları axtarmalı ola bilərlər.
Bu səbəbdən kompensasiya mexanizmlərində yalnız evin dəyəri deyil, vətəndaşların köç nəticəsində yarana biləcək digər itkiləri və sosial faktorları da nəzərə almaq vacibdir.
Şahanə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















