Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

"Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər", - deyə ekspert bildirib.

Hüquqşünas Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

"Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 - 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

"Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır", - deyə hüquqşünas bildirib.

qaynarinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri