Icma.az
close
up
RU
Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur

Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Paytaxtın Yasamal rayonunda, “Təzəpir” məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək. 

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü “Təzəpir” məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək. Söküləcək evlərin hər kvadratına görə 2 700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3 000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək. Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. 

Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır. Məlumata görə, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır.

Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir. Ümumiyyətlə, bir çox hallarda vətəndaşlar evlərin söküntüsü zamanı, xüsusilə də mərkəzi ərazidə yerləşən evlərin sakinləri öz evlərini tərk etmək istəmir. Bunu isə əsasən onunla əlaqələndirirlər ki, uzun illərdir həmin ərazidə yaşayırlar və həmin mühitə öyrəşiblər, digər ərazilərdə yaşamaq istəmirlər. 

Yaxud sakinlər onlara öz əmlakları müqabilində verilən ödənişlə razılaşmırlar və qeyd edirlər ki, həmin məbləğə digər ərazidə ev almaq mümkün deyil. Bildirək ki, belə söküntülüər zamanı hər hansı şirkət tərəfindən evlər sökülərsə, ev sahibi müəyyən müddət kirayədə yaşamalı olur ki, sökülən evin yerində tikilən binada evlə təmin olunur. Ancaq dövlət tərəfindən sökülən binalarda sakinlərə ayrılan məbləğ onların həmin ərazidə ev almasına imkan vermir.

Bu zaman vətəndaş nə etməlidir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, əslində vətəndaşın əmlakı Konstitusiya ilə qorunur:

“Fərqi yoxdur, istənilən dövlət və ya özəl layihə olsa belə, vətəndaşın istədiyi təmin olunmalı, razılaşma olmalıdır. Məsələn, “Sovetski” adlanan ərazidə  müstəqil qiymətləndirmə şirkətləri ərazi ilə bağlı vəziyyəti dəyərləndiriblər və orta qiyməti təyin ediblər.

Fakt odur ki, tikililərin hamısı qəzalı və ya qismən qəzalıdır. İstismar müddəti bitib, köhnəlib. Bu baxımdan təyin olunan 2 700 manat pis qiymət deyil. Ancaq ərazidən əgər vətəndaşlar köçürülürsə, vətəndaş gedib eyni qiymətə daşınmaz əmlak almaqda çətinlik çəkir.

Həmin ərazidən vətəndaş 2 700 manata əmlak ala bilərmi? Təbii ki, yox. Kütləvi sökülür, satanların da sayı azdır, vətəndaş bundan əziyyət çəkir. Vətəndaş o qiymətə də razı olmur, istəyir ki, eyni ərazidə qalsın. Belə bir problem yaranır. Təbii ki, heç kəs başqa əraziyə köçmək istəmir.

Vətəndaşlarla dövlət arasında ziddiyyət yaranır. Ola bilər ki, orada vətəndaşın elə əmlakı var ki, daha yüksək qiymət təşkil edir. Həmin 2 700 manat orta qiymətdir. Ərazinin şəhərin mərkəzində olması da, qiymətə təsir edə bilər.

Bu məsələ qiymətləndirmə şirkətlərinə verilib. Onlar da müəyyən qiymət təyin edirlər ki, buna əsasən də sakinlərə kompensasiya verilir. Elə evlər var ki, 20 kvadratmetr sahəsi var. Bunun üçün ona 54 min manat düşür. Vətəndaş gedib 54 min manata nə ala bilər? Bu kimi məsələlərdə aidiyyəti dövlət qurumu vətəndaşı məhkəməyə verir ki, “evdən çıxmır”. Vətəndaş da deyir ki, “mənim evimdə yaşayanların sayı çoxdur”. 

İndividual məsələyə baxılmalıdır. Ola bilər ki, məhkəmənin qərarı ilə müəyyən razılığa gəlsinlər. Öncə məsələ, hətta mediasiyaya verilməlidir. Mediatorlar məsələylə bağlı ortaq məxrəcə gəlməlidirlər. Əgər ortaq məxrəcə gəlməsələr onda ədalətli qərar vermək üçün məhkəmədə baxıla bilər. Hər bir əmlak individual qiymətləndirilməlidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Söküntü problem ev pul Elnur Azadov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri