Icma.az
close
up
RU
Köhnə binalarda yaşayan sakinlərin NƏZƏRİNƏ: Söküntüdə…

Köhnə binalarda yaşayan sakinlərin NƏZƏRİNƏ: Söküntüdə…

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin sonlarından etibarən daşınmaz əmlak bazarında müşahidə olunan durğunluq yeni ilin ilk aylarında da davam edir. Xüsusilə köhnə yaşayış binalarının sökülməsi fonunda mənzil qiymətlərində artım olacağı ilə bağlı gözləntilər formalaşsa da, real bazar göstəriciləri fərqli mənzərə ortaya qoyur. Alıcı sayının azalması, satıcılar arasında rəqabətin güclənməsi və qiymətlərin tədricən enməsi hazırkı mərhələdə bazarın əsas xüsusiyyətləri kimi qiymətləndirilir. Mövcud vəziyyət fonunda söküntü prosesinin və ipoteka mexanizmlərinin bazara real təsirinin nə dərəcədə olduğu isə müzakirə mövzusudur. Bəs, köhnə yaşayış binalarının sökülməsi bazarda mənzil qiymətlərinə necə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, nə köhnə yaşayış binalarının sökülməsi, nə də ipoteka mexanizmləri hazırda bazarda ciddi canlanma yarada bilib.

Ekspertin sözlərinə görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin bu aylarında da alıcılıq qabiliyyəti olduqca aşağı səviyyədədir:

“Hazırda bazarda müştəri azlığı davam edir. Alıcı sayı çox zəifdir. Hər hansı qiymət artımından danışmaq mümkün deyil. Əksinə, satıcılar arasında rəqabət gücləndiyi üçün qiymətlər çox yavaş templə də olsa enməkdədir.”

Anar Nəsirov qeyd edib ki, bazarda alıcı qıtlığı yarandıqda satıcılar mənzillərini daha tez satmaq üçün qiymətdə güzəştə getməyə məcbur qalırlar. Bu isə tədricən ucuzlaşmaya səbəb olur:

“Biz hazırda bazarın artmasından yox, azalmasından danışa bilərik. Real alıcıların az olması səbəbindən qiymətlər az-az da olsa aşağı enir. Bu prosesin nə vaxta qədər davam edəcəyini isə dəqiq proqnozlaşdırmaq çətindir.”

Ekspert həmçinin köhnə yaşayış binalarının sökülməsinin bazara ciddi təsir göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, söküntü prosesi adətən üç mərhələdən ibarət olur:
Birinci mərhələdə sakinlərlə söküləcək mənzilin əvəzinə neçə kvadratmetr yeni mənzil veriləcəyi barədə razılıq əldə olunur.
İkinci mərhələdə sakinlər kirayə mənzillərlə təmin edilir.
Üçüncü mərhələdə isə yeni tikilən binada veriləcək mənzilin təmiri həyata keçirilir.

“Adətən sökülən binaların təxminən 85 faizində sakinlərə nağd pul yox, həmin ərazidə tikilən yeni binada mənzil verilir. Bu səbəbdən həmin şəxslər təkrar mənzil bazarına qayıtmırlar. Onlar müvəqqəti olaraq kirayə bazarına yönəlirlər. Təxminən 15 faiz hallarda nağd ödəniş olur ki, bu da bazara ciddi təsir göstərə bilmir”, – deyə ekspert əlavə edib.

Beləliklə, hazırkı mərhələdə bazarda nə kütləvi qiymət artımı, nə də alıcı fəallığı müşahidə olunur. Əksinə, alıcı azlığı fonunda satıcılar arasında rəqabət güclənir və qiymətlərdə tədrici enmə davam edir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri