Icma.az
close
up
RU
Sol zolaq niyə boş qalmalıdır? ekspert izah edir

Sol zolaq niyə boş qalmalıdır? ekspert izah edir

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə magistral yollarda nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə yol hərəkəti qaydalarının tətbiqində müəyyən sərtləşdirmələr müşahidə olunur.
Xüsusilə sol, yəni birinci zolağın yalnız ötmə üçün nəzərdə tutulmasına dair tələblərin icrasına nəzarət gücləndirilmiş və bu qaydanın pozulmasına görə cərimələr tətbiq edilməyə başlanmışdır.
 

Bu yanaşma sürücülər arasında yol intizamını artırmaq, hərəkətin dinamikliyini qorumaq və süni sıxlıqların qarşısını almaq məqsədi daşıyır. Qaydalara əsasən, sol zolaqda fasiləsiz hərəkət yalnız istisna hallarda — sağ zolaq (ikinci zolaq) dolu olduqda və ya ötmə zərurəti yarandıqda mümkündür.


Əks halda, bu zolağın əsassız şəkildə tutulması digər sürücülərin hərəkətinə maneə yaradır və ümumi yol təhlükəsizliyinə mənfi təsir göstərir. Beləliklə, tətbiq edilən yeni nəzarət mexanizmləri sürücülərin məsuliyyətini artırmaqla yanaşı, yol hərəkətinin daha nizamlı və təhlükəsiz təşkilinə xidmət edir.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
“Yol hərəkətində sürücülərin zolaqlar üzrə düzgün hərəkət etməsi təhlükəsizliyin təmin olunması baxımından atılan mühüm addımlardan biridir. Bu baxımdan hər bir sürücü istifadə etdiyi zolağın təyinatını bilməli və ona uyğun davranmalıdır.
 

Hərəkət zamanı sürət həddinin seçilməsi də zolaqların xüsusiyyətlərinə və yol şəraitinə uyğun müəyyən edilməlidir. Bu məsələdə iki əsas nüans xüsusilə diqqətə çatdırılmalıdır. Birinci nüans yolun texniki vəziyyəti ilə bağlıdır. Belə ki, yolda çala-çuxurların olması, örtüyün zədələnməsi və ya zolağın yararsız vəziyyətdə olması nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradır və onların istismarını çətinləşdirir.


Belə hallarda aidiyyəti qurumların vaxtında məlumatlandırılması və məsələnin ictimai gündəmə çıxarılması vacibdir. Bu, müvafiq qurumların operativ şəkildə cari təmir işləri aparmasına və problemin aradan qaldırılmasına şərait yaradır. Nəticədə yol hərəkəti iştirakçıları üçün təhlükə və maneələr minimuma endirilmiş olur.
İkinci mühüm məsələ zolaqlardan düzgün istifadə ilə bağlıdır. Yolun sol zolağında uzun müddət və səbəbsiz şəkildə hərəkət edən nəqliyyat vasitələri digər sürücülərin manevr imkanlarını məhdudlaşdırır və ümumi hərəkət axınına maneə törədir. Bu baxımdan manevr etmə qaydalarına riayət olunması xüsusi əhəmiyyət kəsb edir.
 

Manevr zamanı sürücülər zolaq dəyişərkən bir-birinə qarşılıqlı hörmət göstərməli, təhlükəsiz məsafəni gözləməli və hərəkətin ahəngini pozmamalıdırlar. Ümumilikdə, nəqliyyat vasitələrinin istismarı zamanı əsas məqsəd onların təhlükəsiz və səmərəli hərəkətinin təmin olunmasıdır. Zərurət olmadıqda sol zolaqdan istifadə edilməsi məqsədəuyğun hesab edilmir.


Qeyd olunan qaydalara əməl olunmasına nəzarət təhlükəsizlik kameraları və elektron ölçmə cihazları vasitəsilə həyata keçirilir. Qayda pozuntularına yol verən şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunur".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Aprel 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri