Sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır DİN dən ÇAĞIRIŞ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avtomobillərin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi nəqliyyat axınının nizamlı və ahəngdar olmasını şərtləndirən mühüm amildir.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) sürücülərə müraciətində bildirilir.
"Qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır.
Unutmayaq ki, sürücü intizamı və qarşılıqlı ehtiram yol hərəkəti zamanı təhlükəsizliyimiz üçün mühüm şərtdir!", - deyə DİN sürücülərə çağırış edib.
Baxış sayı:56
Bu xəbər 25 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















