Sağ zolaq dağılan yollarda sol zolaqla sürənləri kamera çəkə bilər? İZAH VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avtomobillərin zolaqlar üzrə düzgün yerləşməsi yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Qanunvericiliyə görə, yaşayış məntəqələrindən kənarda və avtomagistrallarda sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Lakin bəzi yollar varki ağır tonnajlı yük avtomobilləri normadan artıq yük daşıdıqlarına görə sağ zolaqlar hərəkət üçün yararsız vəziyyətə düşüb. Bu cür vəziyyətdə sürücülər sol zolaqlarla hərəkət edə bilərlər?
Avtosfer.az sürücülərə qaranlıq qalan bu məsələyə aydınlıq gətirərək bildirir ki, əgər sağ zolaq dağılmış vəziyyətdədirsə sürücülər həmin zolaq boş olduğu halda digər zolaqlarla hərəkət edə bilərlər.
Məsələyə "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsi də aydınlıq gətirir. Həmin maddəyə əsasən, normal hərəkət şəraitində sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər. Lakin normal hərəkət şəraiti pozulubsa – məsələn, sağ zolaq yararsız vəziyyətdədirsə sürücülərin digər zolaqlardan istifadə etməsi qanun pozuntusu sayılmır və onlar buna görə məsuliyyətə cəlb edilə bilməzlər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















