Sola düzgün dönməyən moped sürücüsü ölümcül təhlükə yaratdı ANBAAN VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qayda pozan moped sürücüsü dəhşətli qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Belə ki, geriyə manevr etmək istəyən moped sürücüsü soldan gələn nəqliyyat vasitələrinə əhəmiyyət vermədən sol zolağa keçid edib. Bu zaman ən sol zolaqda hərəkətdə olan avtomobilin sürücüsü onunla toqquşmamaq üçün sola manevr etsə də anidən idarəetməni itirib. Nəticədə zolağından çıxan maşın bir neçə dəfə fırlanıb. Xoşbəxtlikdən avtomobilin sürücüsü son anda nəqliyyat vasitəsini saxlayıb və baş verəcək ağır qəzadan xilas olub.
Kadrda avtomobilin sürücüsünün də yüksək sürətlə hərəkət etdiyi və zolağında düzgün yerləşmədiyi görünür.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















