Düzgün zolaqda dayanmayan taksi sürücüsü qəfil sola dönüb təhlükə yaratdı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Atatürk prospektiylə Məmməd Araz küçəsinin kəsişməsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə iyulun 21-də saat 10:55 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, taksi fəaliyyətiylə məşğul olan 77-SG-863 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbini pozub. Belə ki, yalnız düzünə hərəkətə icazə verən zolaqda hərəkət edən sürücü yolayırıcına çatan zaman anidən sola dönüb. Bu vaxt o, ən sol zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü dəfələrlə siqnal verərək qayda pozan şəxsə xəbərdarlıq edib. Lakin sürücü ona əhəmiyyət vermədən yoluna davam edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 İyul 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















