Icma.az
close
up
RU
Solovyov, sən hələ də Şuşanı xəyal sanırsan?

Solovyov, sən hələ də Şuşanı xəyal sanırsan?

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əziz Vladimir Solovyov, sənin ritorikan artıq hər bir azərbaycanlıya tanışdır və hamının hissiyyatına toxunur. Mənim sənə gənc yazar olaraq bir neçə kəlmə sözüm var. Kompüterə yaxın otur və "sən" kimi müraciətimi həmkar olaraq səmimi qəbul et.

Gördük, bu dəfə də sən efirdə “ürəyini boşaltdın”. Yenə şanlı təbliğatçı ampluanda, yenə gurultulu cümlələrlə, sanki bir-birindən qəzəbli redaktorlar səni qulağından dartıb kamera qarşısına otuzdurmuş kimi danışdın. Bizi təəccübləndirmədin, yox. Sadəcə bir sual var: sən hələ də Şuşanın Azərbaycanın olduğunu qəbul edə bilmirsən?

Sənin ağrın, problemin Qusmanla Markovun Şuşaya getməsi deyil. Ağrın odur ki, onlar getdilər, qayıtdılar, reallığı da dedilər, amma sənə heç kim belə bir dəvət göndərmədi. Dəvət almayanın qəlbində nə olar? Əlbəttə ki, inciyər, içində fırtına qopar və kamera qarşısında özünü “xəyanətə uğramış vətən fədaisi” kimi aparar. Necə də dramatik səhnə idi...

Deyirsən, Markov və Qusman “alçaqlıq ediblər”. Nə üçün? Ona görə ki, Şuşaya gediblər? Və ya Azərbaycan həbsxanalarında saxlanılan “jurnalistlərinizin” taleyindən danışmayıblar? Bəlkə də, onların peşəkar sükutu səni narahat edib, çünki sən alışmısan efirdə sifarişlə qışqırmağa, təhqirə, sarkazma və həqiqəti ayaq altına atmağa.

Amma, Solovyov, biz sənin bu hikkəni başa düşürük. Şuşa – artıq Azərbaycanın siyasi, mədəni, informasiya qalasıdır. Sənin kimi Kreml mikrafonçuları isə hələ də bu qalanın başında dalğalanan üçrəngli bayrağı gözlərindən silmək istəyirlər. Axı necə olur ki, dünən “susmalı olan” Azərbaycan bu gün dünya mediasını bir şəhərinə – Şuşaya – yığa bilir? Necə olur ki, rus ziyalıları buradan sülh, dialoq və əməkdaşlıq haqqında danışa bilir? Sənin üçün bu, əlbəttə ki, qəbuledilməzdir.

Bir tövsiyə verim, qələm əhli olaraq, qələm tutan adama: Vladimir, daha yaxşı olar ki, sən də bu dəfə yazını "Şuşaya dəvət almamış bir təbliğatçının dramı" adı ilə çap etdirəsən. Yazıya etirafla başla "məni çağırmadılar, mən də incimişəm". Çünki incikliyin sətirlərdən yox, lap dərinlərdən duyulur.

Sonda isə, bir az reallıq hissi, bir az da səmimiyyət. Azərbaycan artıq sizin təbliğat şərhlərinizin fövqündədir. Şuşa isə sizin media ritorikanızın hüdudlarından kənardadır. Tarixi qəbul etməyə cəsarət edin. Həqiqət artıq sizin tərtib etdiyiniz ssenaridən çoxdan çıxıb. Məncə gəl həqiqəti etiraf et və haqqa gəl ki, gələn il sən də Şuşa Forumuna dəvət alasan....

Bir az dərindən nəfəs al, Solovyov... Yaddan çıxartma ki, Şuşaya dəvət almaq hər efir sahibinin qisməti deyil.

Yusif Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri