Icma.az
close
up
RU
Solovyova təlimat elə Kremldən verilib

Solovyova təlimat elə Kremldən verilib

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Kremlin ruporu Vladimir Solovyov Rusiya dövlət kanalındakı təxminən 4 dəqiqəlik çıxışında həm Ermənistanın baş naziri Nikol Paşinyanı təhqid edib, həm də ona ünvanlanmış “Artsaxı müdafiə edə bilmədin” sözlərini deməklə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, bizə dil uzadıb. Solovyov Paşinyanı ona görə təhqir edib ki, baş nazir rusiyalı televiziya aparıcısının dostu, erməni iş adamı Samvel Karapetyanı həbs edib. Solovyovu və onun arxasında dayanan gücü Paşinyanın paylaşdığı status da qəzəbləndirib. Baş nazir Karapetyanı nəzərdə tutaraq “bu sizin üçün Kaluqa vilayətinin Aşağı Tapr kəndi deyil. Bura Ermənistandır. Dövlətin dadı ağzınızda qalacaq” statusunu paylaşıb. Erməni radikallar Paşinyanı tənqid edərkən, onu türk adlandırırlar. Solovyov daha uzağa gedərək Paşinyanın ismini belə tələffüz edib: “Türkol”. O “türkol” və “xain” ifadəsini Rusiyanın dövlət kanalında bir neçə dəfə təkrarlayıb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyana erməni xalqının əksər hissəsi səs verərək, onu iki dəfə baş nazir seçib:

"Solovyov hər dəfə Paşinyanı təhqir edəndə ona səs verən erməniləri də təhqir etmiş olur. Buna baxmayaraq, Solovyov bir tərəfdən də təhqir etdiyi xalqa Paşinyanı devirmək mesajı göndərib: “Siz bu xainə necə dözürsünüz?”

Kremlin Solovyova bir dəfə xəbərdarlıq etməsi kifayətdir ki, rusiyalı aparıcı tərəfdaş ölkənin baş nazirini təhqir etməsin. Ancaq görünür, Solovyova təlimat elə Kremldən verilib. Rusiya hakimiyyəti bir tərəfdən Paşinyanla ortaq məsələləri müzakirə edir, digər tərəfdən Solovyovun dili ilə ona dəyənəyini göstərir. Paşinyan da bunun fərqindədir. Təsadüfi deyil ki, Paşinyan parlamentin son iclasında “2022-ci il oktyabrın 6-da Praqa bəyannaməsinin imzalanmasından sonra biz daha "forpost ölkə” deyilik” ifadəsini işlədib. Aydındır ki, Paşinyan Rusiyanı nəzərdə tutub. Nikol Paşinyan Praqada Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bu tanınma Kremlin planlarını pozub. Praqa görüşünə qədər Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycana dil uzadaraq “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” açıqlamasını səsləndirirdi. Kreml sahibi Vladimir Putinə görə, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla məsələyə nöqtə qoydu. Orası elədir, ancaq Kreml sahibi və onun televiziyadakı ruporları hələ də Azərbaycanın qələbəsini həzm edə bilmədiklərini biruzə verirlər". 

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyun 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri