Icma.az
close
up
RU
Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hiyləgər gediş edib. İran mühafizəkarları Baş nazir Nikol Paşinyanın ABŞ-la yaxınlaşması, o cümlədən “Tramp yolu” layihəsinə razılaşması siyasətindən narazılıqlarını açıq ifadə etməyə başlayıblar. Bundan başqa mühafizəkarların saytlarında Paşinyanın İranın İrəvan səfirliyi qarşısında etiraza şərait yaratması tənqid olunur. Mövcud durumdan faydalanmaq istəyən Köçəryan isə tələsik mətbuat konfransı keçirərək “Tramp yolu” İrana qarşıdır, ABŞ Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir” fikrini səsləndirib.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Köçəryan futbol termini ilə desək Tehrana pas atıb. Köçəryan Kremlə bağlı olsa da, açıqlamalarda son zamanlara qədər ABŞ əleyhinə birbaşa açıqlama verməməyə çalışırdı. Görünür, eks-prezident Kremldən aldığı yeni təlimat əsasında anti-Amerika mövqeyini tam ortaya qoymağa qərar verib. Köçəryan “Tramp yolu”nun Ermənistan üçün iqtisadi səmərəsinin olmadığını, ABŞ-ın bu layihə vasitəsilə Cənubi Qafqazda hərbi növqeyi-nəzərdən möhkəmlənəcəyini söyləyib.

Robert Köçəryan son açıqlamaları ilə Paşinyanla yanaşı, Tramp administrasiyasını da hədəf seçib. Fikrimcə, ABŞ-ın İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Çünki Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki, layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa imkan verəcək. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır.

Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan - İran sərhədinin nəzarətə götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub. Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan-İran sərhədini nəzarətə götürəcək. Halbuki, bu da sırf iqtisadi layihədir. Hər halda Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-ın Ermənistanda yerləşməsinə şərait yaradıb və bu, İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”.

Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını – ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır”, - politoloq bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri