Icma.az
close
up
RU
Soltan Məmmədov Vanq Kı ilə görüşüb FOTOLAR

Soltan Məmmədov Vanq Kı ilə görüşüb FOTOLAR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müavini Vanq Kı ilə görüşüb.

Gununsesi.info -nun APA-ya istinadən xəbərinə görə, görüş çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti barədə danışılıb.

Vanq Kı Ümumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməklə bağlı təklifini qəbul edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün uğurla keçirildiyi vurğulanıb. Parlament görüşünün yekun sənədinin müzakirəsində Çin Xalq Respublikasının təmsilçilərinin fəal iştirak etdiyi qeyd olunub. Soltan Məmmədov qeyd edib ki, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə işləməyə hazırdır.

Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Azərbaycan Milli Məclisinin rəhbərliyinin parlamentlər arasında əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Lin Çinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunu bildirdi.

Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. COP29 kimi mötəbər tədbiri Azərbaycanın uğurla təşkil etdiyi qeyd olundu. Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Qeyd edilib ki, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı kimi mühüm qlobal əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlıq bir çox sahələrdə strateji maraqların üst-üstə düşdüyünü göstərir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri mövcuddur. Çin şirkətlərinin yaşıl enerjiyə keçid sahəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyi bildirilib. Beynəlxalq platformalarda əməkdaşlıq istiqamətində müsbət təcrübənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri