Somali nümayəndəsi: COP29 bütün dünyanı bir araya gətirərək, iqlim problemlərinin müzakirəsinə meydan açıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 noyabr, AZƏRTAC
COP29 bütün dünyanı bir araya gətirərək, iqlim problemlərinin müzakirəsinə meydan açıb. Bu, olduqca önəmli hadisədir. Yeri gəlmişkən, Azərbaycanın yüksək təşkilatçılığı da məni heyran etdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak etmək üçün ölkəmizə gələn Somalidən olan Abdirizak Adam Gedi bildirib.
O, iqlim maliyyə problemlərinə toxunaraq, bunun qlobal səviyyədə ciddi məsələ olduğunu vurğulayıb: “İqlim sahəsində bir çox ölkə töhfə versə də, maliyyə dəstəyi göstərən böyük dövlətlər vədlərini yerinə yetirmirlər. Məsələn, COP28-də az inkişaf etmiş ölkələrə dəstək üçün verilmiş vədlər hələ də reallaşmayıb. Dünya miqyasında baş verən iqtisadi böhranlar, siyasi qeyri-sabitlik və digər problemlər bu öhdəliklərin icrasını əngəlləyir”.
“Daşqınlar, quraqlıqlar və digər iqlim problemləri bizə ciddi şəkildə təsir göstərir. Bu problemlər həm insanların dolanışığını pisləşdirir, həm də infrastrukturu məhv edir. Biz Somali olaraq İtki və Zərərə Cavab Fondu mexanizminin tətbiqini alqışlayır və böyük ölkələrin bizə bu fəlakətlərin yaratdığı problemləri aradan qaldırmaqda dəstək olmasını tələb edirik”, - deyə o, fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















