Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi 14 quldur öldürüldü
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Somalidə quldurlar tərəfindən qaçırılan “MV LATUF” adlı gəmi 10 gün davam edən əməliyyat nəticəsində azad edilib. Əməliyyat zamanı 14 quldurun öldürüldüyü, onların istifadə etdiyi dörd qayığın isə məhv edildiyi açıqlanıb.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Somali Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avqustun 17-də ölkənin şimal-şərqindəki Nuqal bölgəsinin Eyl rayonu yaxınlığında quldurlar tərəfindən qaçırılan gəmiyə qarşı əməliyyat keçirilib.
Təhlükəsizlik qüvvələrinin davamlı təzyiqi nəticəsində gəmidə qalan digər quldurlar onu tərk etməyə məcbur olublar. Bundan sonra təhlükəsizlik qüvvələri “MV LATUF”un nəzarətini tamamilə ələ keçirib və gəmi təhlükəsiz şəkildə hərəkətini bərpa edib.
Somali Müdafiə Nazirliyi əməliyyatın Somali ilə Türkiyə arasında müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirildiyini bildirib. Nazirlik Somali Milli Silahlı Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlığını yüksək qiymətləndirib.
Qeyd edək ki, Türkiyə ilə Somali arasında 2024-cü ilin fevralında imzalanan müdafiə və iqtisadi əməkdaşlıq sazişi Somali sularının təhlükəsizliyinin təmin edilməsi və qanunsuz fəaliyyətlərlə mübarizə sahəsində əməkdaşlığı da nəzərdə tutur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 29 Avqust 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















