SOMDA nın hərbi qulluqçularına orden və medallar təqdim olunub FOTOLAR
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 mart 2025-ci il tarixli sərəncamına əsasən, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir sıra hərbi qulluqçusu dövlət mükafatlarına – orden və medallara layiq görülüb.
"Unikal" xəbər verir ki, bu münasibətlə Agentliyin inzibati binasında təntənəli təqdimetmə mərasimi keçirilib. Tədbirdə Agentliyin rəhbərliyi və təltif olunan hərbi qulluqçular iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Agentliyin rəisi, general-mayor İlqar Abbasov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi yüksək etimada görə öz adından və rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. O qeyd edib ki, bu ali təltiflər ayrı-ayrı hərbi qulluqçulara deyil, bütövlükdə Agentliyə göstərilmiş ali etimaddır.
General-mayor İlqar Abbasov vurğulayıb ki, təltiflər Agentliyin üzərinə düşən məsuliyyəti daha da artırır və bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın etimadını doğrultmaq üçün daha da böyük əzmlə çalışacaq.
Tədbirin sonunda dövlət təltifləri Agentliyin rəisi tərəfindən hərbi qulluqçulara təntənəli şəkildə təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:257
Bu xəbər 25 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















