SOMDA əməkdaşlarının peşə bayramı Ağstafada qeyd olunub FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı Ağstafada qeyd olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Daşqın Nağıyev və idarənin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, müasir müstəqil Azərbaycan memarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. İdarənin inzibati binasında davam etdirilən tədbir Dövlət Himnimiz səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib, öz növbəsində bu sahədə çalışan əməkdaşlar üzərlərinə düşən şərəfli vəzifə öhdəliklərini daim layiqincə yerinə yetirirlər. 2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub.
Sonda İdarənin xidmətdə fərqlənən və vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları mükafatlandırılıb, onlara həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları da təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 16 Mart 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















